• $
  • £

Qeyri neft-qaz məhsullarının ixracı azalıb

Qeyri neft-qaz məhsullarının ixracı azalıb
10.07.2024 14:37
2024-cü ilin yanvar-mayında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 14,0 faiz, real ifadədə 22,5 faiz azalaraq 1260,9 milyon dollar təşkil edib. Bu barədə  Dövlət Gömrük Komitəsi məlumat yayıb.
 
Məlumata əsasən ölkənin xarici ticarət dövriyyəsinin 23,9 faizi İtaliya, 13,9 faizi Türkiyə, 9,4 faizi Rusiya, 7,2 faizi Çin, 5,0 faizi İsrail, 3,6 faizi Hindistan, 3,4 faizi Almaniya, 2,4 faizi Avstraliya, 2,0 faizi Çexiya, hər biri 1,8 faiz olmaqla ABŞ və Yunanıstan, hər biri 1,5 faiz olmaqla Gürcüstan və Xorvatiya, hər biri 1,3 faiz olmaqla Bolqarıstan, Rumıniya, İran, Tailand və Portuqaliya, hər biri 1,1 faiz olmaqla Türkmənistan və Ukrayna, hər biri 0,9 faiz olmaqla Koreya, Belarus və Tunis, 11,2 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb. 
 
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,9 faiz), Türkiyəyə (21,0 faiz), Gürcüstana (7,6 faiz), ABŞ-a (7,6 faiz), İsveçrəyə (3,8 faiz), Ukraynaya (3,2 faiz), Türkmənistana (2,5 faiz), Qırğızıstana (1,8 faiz), Qazaxıstana (1,7 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,5 faiz), Almaniyaya (1,3 faiz), Belçikaya (1,2 faiz), Belarusa (1,2 faiz), İtaliyaya (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.
 
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,1 faizi Çin, 17,8 faizi Rusiya, 12,6 faizi Türkiyə, 6,1 faizi Avstraliya, 4,4 faizi Almaniya, hər biri 3,2 faiz olmaqla ABŞ və İran, 2,5 faizi İtaliya, 2,4 faizi Koreya, 2,3 faizi Türkmənistan, 2,2 faizi Belarus, 2,1 faizi Kanada, 1,7 faizi Ukrayna, 1,6 faizi Yaponiya, 1,5 faizi Birləşmiş Krallıq, 1,3 faizi Fransa, hər biri 1,2 faiz olmaqla Hindistan və Qazaxıstan, 14,6 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb. 
 
N.Təbrizli 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
İqtisadiyyat 16:10
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol