• $
  • £

bp və “Xankəndi” sualtı tikinti gəmisi ilə bağlı müqavilə imzalayıb

bp və  “Xankəndi” sualtı tikinti gəmisi ilə bağlı müqavilə imzalayıb
11.07.2024 16:56
bp Xəzər dənizində apardığı əməliyyatlara dəstək üçün "Saipem Contracting Netherlands B.V.” və onun tərəfdaşları
olan"BOS Shelf LLC” və "BOS Shelf International FZCO” şirkətlərindən ibarət konsorsiumla dəyəri 300 milyon
dollardan artıq olan "Xankəndi” sualtı tikinti gəmisinin istismarı və texniki xidməti üçün ilə  bağlı müqavilə imzalayıb. Bu barədə BP Azərbaycan məlumat verib. 
 
Müqavilə 2022-ci ildə başlamış rəqabət əsaslı tender prosesinin nəticəsində imzalanıb və bp-nin vətərəfdaşlarının Xəzərdə öz dəniz əməliyyatlarının təhlükəsizliyini və səmərəliliyini daha daartırmaq üçün düşünülmüş vahid gəmi strategiyasının məqsədlərinə uyğundur.

Müqavilənin iş həcminə daxildir: "Xankəndi” gəmisinin ümumi operatorluğu və gəmiyə texniki xidmət, sualtı tikinti və quraşdırma fəaliyyətləri, sualtı müayinə, texniki xidmət və təmir işləri, bp-nin idarə etdiyi bütün obyektlər, sualtı boru kəmərləri və hasilat sistemi infrastrukturlarında ilk
cavab tədbiri imkanının təmin olunması, habelə yataqların istismar müddətində tələb olunan xidmətlər üçün dəniz bazası dəstəyi.

"İki ildən artıq davam edən bu mürəkkəb tender prosesini uğurla başa çatdırmağımızdan çox məmnunuq. Bu müqavilə bp və tərəfdaşlarının məhz vahid gəmi strategiyasından istifadə etmələri üçün düşünülüb. Bu o deməkdir ki, bundan sonra "Xankəndi” gəmisi dənizdəki bütün tikinti, quraşdırma, müayinə, təmir və texniki xidmət işlərimiz və fövqəladə hallara cavab tədbirlərimiz üçün əsas gəmi kimi istifadə olunacaq və bu da əməliyyatlarımızı daha təhlükəsiz
və daha səmərəli edəcək. Bu geniş tender əməliyyatının aparılmasında və uğurla başa çatdırılmasında iştirak edən bütün insanlara minnətdarlığımı bildirir və çəkdikləri zəhmətə görə təşəkkür edirəm”,  - bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda layihələr üzrə vitse-prezidenti Kahal Kelli bildirib.

Müqavilə ilkin olaraq üç il müddətinə (əlavə iki ilədək uzadılma imkanı ilə) imzalanıb.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
İqtisadiyyat 16:10
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol