• $
  • £

İpoteka və Kredit Zəmanət Fondu I yarımildə verdiyi krediti açıqlayıb

İpoteka və Kredit Zəmanət Fondu I yarımildə verdiyi  krediti açıqlayıb
17.07.2024 16:08
2024-cü ilin I yarısında İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti ilə 230,2 milyon manat kredit verilib ki, bunun da 64,6 milyon manatı güzəştli ipoteka kreditləridir. Bu barədə Fondan bildirilib.

Bu il adi ipoteka kreditləri hesabına 1 710, güzəştli ipoteka kreditləri hesabına isə 821 vətəndaş və yaxud ailə mənzil şəraitini yaxşılaşdırıb.

6 ay ərzində verilmiş ipoteka kreditlərinin orta məbləği 91 000 manat təşkil edib.

Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditindən faydalanmasını təmin etmək məqsədilə iyulun 1-nə 81,5 milyon manat məbləğində 967 ipoteka krediti üzrə zəmanət verilib.

İndiyə qədər Fondun vəsaiti hesabına 3,1 milyard manat dəyərində ipoteka krediti verilib ki, bu da 50 380 ailənin mənzil şəraitini yaxşılaşdırmasına imkan verib. İpoteka kreditlərindən faydalananların 67 %-i gənclər və gənc ailələrdir.
 
 AIKZF 2021-2023-cü illərdə kommersiya (standart) şərtlərlə ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün daxili bazarda istiqrazlar yerləşdirməklə 1 milyard 180 milyon manat cəlb edib.


Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci il dekabrın 26-da "Azərbaycan İpoteka Fondu” ASC-nin ləğvi və Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun (AİKGF) yaradılması haqqında fərman imzalayıb.
 
Aytac

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
İqtisadiyyat 16:10
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol