• $
  • £

Neft Fondu 2023-cü ili xalis mənfəətlə başa vurub

Neft Fondu 2023-cü ili xalis mənfəətlə başa vurub
18.07.2024 16:44
Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) 2023-cü ildə xalis mənfəəti  8,1 milyard manat təşkil edib. Bu barədə SOFAZ  rəsmi saytında yerləşdirilən auditor hesabatında bildirilib. 
 
Fond 2022-ci ili 5 milyard 240,044 milyon manat xalis zərərlə başa vurub. 

Ötən il SOFAZ-ın effektiv faiz dərəcəsi metodu ilə hesablanan faiz gəlirləri  2022-ci illə müqayisədə 2,5 dəfə artaraq 176,248 milyon manat, istiqraz investisiyaları üzrə gəlir 3,1 milyard  manat, səhm investisiyaları üzrə gəlir 3,5 milyard  manat olub. 
 
Qızıl külçələrə  investisiyaların həcmi 2023-cü ildə bir il qabaqla müqayisədə 15,6 dəfə artaraq 1,4 milyard manat təşkil edib.
 
Fondun məzənnə fərqi üzrə gəliri 109,299 milyon manat olub.
 
2023-cü ilin sonuna  Neft Fondunun aktivləri 13,9% artaraq 56,3 milyard dollar təşkil edib. 
 
Hesabat dövründə Fondun öhdəlikləri 27,1 % azalaraq 457,629 milyon düşüb.
 
2024-cü il yanvarın 1-ə  SOFAZ  balans kapitalı 2023-cü il yanvarın 1-i ilə müqayisədə  14,2% artıb və 95 milyard 313,672 milyon manat təşkil edib. 
 
N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
İqtisadiyyat 16:10
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol