AMEA və AFAD Şuşada seysmik stansiya qurur
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli işğaldan azad olunmuş ərazilərdə ilk dəfə olaraq yaradılan Şuşa-Daşaltı Dərin Quyu seysmik stansiyasında aparılan quruculuq işləri ilə yerində tanış olub.Bu barədə AMEA-dan bildirilib.
Qeyd olunub ki, Şuşa şəhəri ətrafında yaradılan Daşaltı Dərin Quyu seysmik stansiyasında işlərin birinci mərhələsi əsasən başa çatdırılıb. Artıq bir neçə gündür ki, burada qeydə alınmış ilkin məlumatların Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı bürosuna ötürülməsinə başlanılıb. Mərkəzdə isə məlumatların qeydə alınması, təhlili və proqnozlaşdırılması prosesinə start verilib. Yaxın günlərdə isə Şuşa-Daşaltı Seysmoloji stansiyasının ətrafında xidməti-texniki infrastrukturun yaradılması, giriş yolunun abadlaşdırılması və yaşıllıq sahəsinin salınması üzrə işlər aparılacaqdır.
www.anews.az