• $
  • £

Azərbaycanda un ucuzlaşıb

Azərbaycanda un ucuzlaşıb
22.07.2024 20:16
Ötən ayla müqayisədə hazırda Azərbaycanda unun topdansatış qiyməti aşağı düşüb.

İqtisadiyyat.az xəbər verir ki, iyulun 18-dən etibarən istehsalçılar unun qiymətini 1 manatdan çox azaldıblar.

Açıqlanan rəsmi məlumatda ölkədə hazırda 50 kq-lıq unun topdansatış qiyməti 26,8-28,5 manat aralığında dəyişir. Ötən ay bu rəqəm 28,3-29,5 manat təşkil edirdi. Ən ucuz un növü "Dəvəçi-Taxıl" MMC, ən bahalısı isə "Azeri-Arapoğlu U.S.və T.LTD" BM tərəfindən bazara təqdim olunur.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov açıqlamasında deyib ki, ölkədə unun qiymətinin artımına heç bir əsas yoxdur:
"Hətta Rusiyadan idxal etdiyimiz buğdanın qiymətində çox cüzi artım olsa da, ümumilikdə apardığımız hesablamalar göstərir ki, son bir neçə ayda ucuzlaşma müşahidə olunur. Çünki taxıl idxalçıları həmişə 5-6 aylıq ehtiyat yığırlar. Dövlət Taxıl Fondu da bununla bağlı açıqlama vermişdi ki, Azərbaycanın buğda ehtiyatı 6 ay müddətinə kifayət edir. Yəni biz 6 ay bundan sonra buğdaya olan ehtiyacımızı tam ödəyə bilərik".

Son aylar rəsmi məlumatda un məmulatlarının qiymətində artımın qeydə alındığını xatırladan ekspert bildirib ki, buna baxmayaraq, bu dövrdə buğdanın idxal dəyərində və qiymətdə enmə müşahidə edilir:
"Yəni heç bir əsas olmadığı halda unun qiyməti artmışdı, indi isə onun qiymətinin aşağı salınması üçün əsaslar var. Biz görürük ki, daxildə buğda istehsal olunur, biçin işləri həyata keçirilir və həmin buğdadan artıq istifadə etmək mümkündür. Bütün bu mənzərə onu deməyə əsas verir ki, yaxın bir zamanda Azərbaycanda unun, çörəyin qiymətində artım olmamalıdır. Un, çörək istehsalçıları artıma getməməlidir. Əgər gedirlərsə, onlar başqa bir əsas gətirə bilərlər. Daşınma xərclərinin artığını deyə bilərlər. Amma ümumi apardığımız müşahidələr onu deməyə əsas verir ki, dünyada buğdanın qiymətində artım yoxdur. Əgər bundan sonra azalma bir az da olarsa, bu, daxildə unun qiymətinin enməsinə əsas verməlidir. Yəni Azərbaycanda olan daşınma xərcinin artımı buğdanın qiymətinin enməsi hesabına kompensasiya olunmalıdır və daşınmaya görə Azərbaycanda qiymət artımı baş verməməlidir”.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına əsasən, un istehsalçılarının hazırda topdansatış qiymətlərini təqdim edirik:


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
İqtisadiyyat 16:10
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol