ABB kiçik sahibkarlar üçün yeni tətbiq təqdim etdi!
![ABB kiçik sahibkarlar üçün yeni tətbiq təqdim etdi! ABB kiçik sahibkarlar üçün yeni tətbiq təqdim etdi!](https://anews.az/photo/850x500/2024-07/1721811833_abb_biz.png)
ABB ölkəmizdə kiçik sahibkarlığın inkişafına dəstək
məqsədilə yeni maliyyə həllini bazara təqdim edib. Bankın kiçik bizneslər üçün
məxsusi yaratdığı ABB Biz mobil tətbiqi artıq istifadəyə açıqdır.
Tətbiq sadə və gözoxşayan müştəri təcrübəsi ilə
kiçik bizneslərin gündəlik bank əməliyyatlarını, əvvəldən sona rəqəmsal
kreditləşmələrini, müxtəlif ödəniş alətlərini və hətta həyatlarını
asanlaşdıracaq "Beyond banking” həllərini əhatə edir.
Belə ki, fərdi sahibkarlar ABB Biz tətbiqi
vasitəsilə qeydiyyatdan keçə, hesab aça, debet kart sifariş edə, əvvəldən sona
tam rəqəmsal təcrübə ilə, girovsuz, zaminsiz kredit ala bilərlər.
"E-Mühasibim” həlli ilə tətbiq üzərindən vaxt
itirmədən sadələşdirilmiş vergi bəyannaməsi formalaşdırmaq, avtomatik
hesablanmış vergi məbləğinin rahat ödənişini həyata keçirmək olar.
ABB Biz tətbiqi ilə sahibkarın öz hesabları
arasında, həmçinin bankdaxili və ölkədaxili köçürmələrini həyata keçirmək, büdcə,
kommunal, telekommunikasiya ödənişləri etmək imkanı var. Müştəri tətbiq
vasitəsilə təyin olunmuş müştəri meneceri ilə əlaqə də qura bilir.
ABB-nin təqdim etdiyi bu yenilik ölkəmizdə
sahibkarlığın inkişafına, biznes mühitinin daha da şəffaflaşmasına kömək
göstərəcək, kiçik bizneslər üçün maliyyə resurslarını əlçatan edəcək.
ABB Biz haqqında tanıtım videosunu isə buradan izləmək olar.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər