• $
  • £

Rusiya İranda “Mir” kartlarının tətbiqinə başlayacaq

Rusiya  İranda “Mir” kartlarının tətbiqinə başlayacaq
25.07.2024 18:07
Rusiya  İranda "Mir” kartlarının tətbiqinə başlamaq niyyətindədir. Bu barədə Rusiya KİV məlumat verib.
 
«Mir» kartları Rusiya  Milli Rezervasiya Platforması üzərində çalışır.  Bu Platforması ölkədəki ulduzlu otelləri əhatə edən «booking» prinsipi ilə işləyən sistemdir. Xarici və yerli turistlər sentyabrdan işə düşməsi gözlənilən bu sistemə daxil olaraq ölkədə otel bronlaya biləcəklər.

Yeni sistemin özəlliklərindən biri də indiyədək banklar tərəfindən qəbul edilə bilməyən ödəniş vasitələrinin də qəbul edilməsi olacaq.
 
Bura digər ödəniş üsulları ilə yanaşı, Rusiyanın «Mir» sistemi də aiddir.
 
«Mir» ödəniş kartları Rusiyanın Ukraynada başladığı müharibəyə cavab olaraq Qərbin başladığı  sanksiyaları  sonra işə salınıb.  Belə ki, Matercard və Vis  Rusiya ərazisində fəaliyyətini durdurandan sonra Rusiya öz kartlarını dövriyyəyə buraxmağa məcbur olub. 
 
Rusiya  turizm sahəsində Azərbaycanın ən böyük hədəf bazarı olsa da bu kartlar Azərbaycan ərazisində işləmir. 
 
Ölkəyə gələn Rusiya turistləri MİR kartları ilə alış veriş edə bilməsələr də  yalnız VTB bankın Bakıda olan iki bankomatında pul naqdlaşdıra bilirlər.
 
2024-cü ilin iyanvar-iyununda  Azərbaycanda  1,2 milyon turist gəlib. Onların da 360 min nəfəri Rusiya vətəndaşlarıdır.
 
N.Təbrizli



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
İqtisadiyyat 16:10
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol