• $
  • £

BP təmir işləri ilə bağlı qaz hasilatını azaldacaq

BP  təmir işləri ilə bağlı qaz hasilatını azaldacaq
31.07.2024 16:15
"Şahdəniz" yatağından qaz hasilatı üzrə layihənin operatoruBritaniyanın BP şirkəti TANAP və Cənubi Qafqaz Qaz kəmərində planlaşdırılmış təmir işləri ilə bağlı  avqustun 5-9 arası  yataqdan qaz hasilatını azaldacaq. Bu barədə  BP-Azərbaycan şirkətinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Tamam Bayatlı məlumat verib.

"Avqustun 5-9-u arası ixrac qaz kəmərlərində nəzərdə tutulan planlaşdırılmış təmir  işlərı ilə əlaqədar "Şahdəniz” yatağında qaz hasilatı lazımi səviyyəyə enəcək”, - Bayatlı bildirib.

BOTAŞ-dan bildiriblər ki, "Şahdəniz” yatağından qaz ixracı üçün infrastrukturda aparılan texniki xidmət və təmir işləri ilə əlaqədar Türkgözü giriş məntəqəsindən Türkiyənin milli qazpaylayıcı şəbəkəsinə təbii qazın nəqli beş qaz günü müddətinə - iyulun 31-dən  avqustun 5-dək dayandırılacaq. Təmir səbəbindən TANAP-ın Seyitqazi məntəqəsindən  də  dörd qaz günü ərzində - avqustun 5-9-u arası qaz izracı dayanacaq. 

Trans-Adriatik Qaz Boru Kəmərinin operatoru olan TAP AG boru kəməri şirkəti də öz növbəsində 2024-cü il avqustun 5-9-u arasında Cənub Qaz Dəhlizi boyunca xəttin yuxarı hissəsində təmir işlərinin aparılmasının planlaşdırıldığını bildirib.

"TAP qonşu ölkələrin qazpaylayıcı sistem operatorlarını məlumatlandırıb və Avropa bazarını məlumatlandırmaq üçün təcili mesaj yayıb. Biz bu planlaşdırılmış təmir işləri başa çatdıqdan sonra normal xidmətlər bərpa ediləcək", - şirkətdən bildirilib. 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
İqtisadiyyat 16:10
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol