• $
  • £

Azərbaycan məktəbliləri Avropa Qızlar İnformatika Olimpiadasında medal qazandılar

Azərbaycan məktəbliləri Avropa Qızlar İnformatika Olimpiadasında medal qazandılar
01.08.2024 17:35
Azərbaycan məktəbliləri Avropa Qızlar İnformatika Olimpiadasında medal qazandılar
Olimpiadaya Azercell-in dəstəyi ilə hazırlaşan məktəbli qızlar 2 bürünc medal və 1  həvəsləndirici mükafatla təltif ediliblər

21-27 iyul tarixlərində Niderlandın Veldhoven şəhərində keçirilən 4-cü Beynəlxalq Avropa Qızlar İnformatika Olimpiadasında Azərbaycanı təmsil edən məktəbli qızlar vətənə mükafatlarla geri dönüblər. 56 ölkədən 194 məktəbli qızın qatıldığı beynəlxalq müsabiqədə məktəblilərimiz 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıblar. 
Belə ki, Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Rahidil Bayramlı və Bakı Modern Təhsil Kompleksinin 11-ci sinif şagirdi Nigar Hacıyeva bürünc medal, Gəncə şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Ayan Kərimova isə həvəsləndirici mükafat qazanıb.  
Qeyd edək ki, 2017-ci ildən etibarən Azərbaycan məktəblilərinin informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi "Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgələrini və paytaxt məktəblərini təmsil edən şagirdlər fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə ölkəmizi uğurla təmsil edərək 72 medal əldə ediblər. 
Azercell qalib qızları ürəkdən təbrik edir, uğurlarının davamlı olmasını arzu edir.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
İqtisadiyyat 16:10
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol