Tələbələrin köçürülməsi üçün müraciətlərin qəbulu başa çatdı

Tələbələrin köçürülməsi üçün müraciətlərin qəbulu başa çatıb.
Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Müraciətlərin qəbulu 25 iyul-01 avqust tarixlərində portal.edu.az vasitəsilə aparılıb. Ümumilikdə 2575 tələbə təhsil müəssisəsini, ixtisasını və təhsilalma formasını dəyişmək üçün müraciət edib.
Müraciətin statusu barədə məlumat üçün tələbələr şəxsi kabinetlərini mütəmadi olaraq izləməlidirlər
www.anews.az