Kamran Əsədov da deputat olmaq üçün mübarizə aparmaqdan imtina etdi
Təhsil eksperti Kamran Əsədov sentyabrın 1-də növbədənkənar parlament seçkilərində iştirak etməkdən imtina edib. Bu barədə ekspert öz sosial hesabında paylaşım edərək yazıb.
"Uzun müddətli düşüncələr və dəyərləndirmələr nəticəsində öz təşəbbüsümlə 70 saylı Neftçala seçki dairəsindən irəli sürdüyüm deputatlığa namizədliyimi geri çəkmək qərarına gəldim", - o bildirib.
70 saylı Neftçala seçki dairəsinin hazırki deputatı Sabir Rüstəmxanlıdır.
Lakin Sabir Rüstəmxanlı da bu parlament seçkilərində iştirak etməyəcəyini açıqlayıb. Həmin dairədən namizədliyini Sabir Rüstəmxanlının arvadı Tənzilə Rüstəmxanlı irəli sürüb.
Yeni Azərbaycan Partiyasının həmin dairədən olan namizədi isə Fərhad Baxışovdur.
Bundan əvvəl "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməkdən imtina etdiyini açıqlayıb.
Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-nə təyin edilib. Prezident bir müddət öncə Parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
Gülnar Nazimqızı
Gülnar Nazimqızı
www.anews.az