Gürcüstan prezidenti Saakaşvilini əfv edə bilər
Gürcüstan prezidenti Salome Zurabişvili keçmiş dövlət başçısı Mixail Saakaşvili ilə və onun Vahid Milli Hərəkat Partiyası ilə eyni ittifaqda olduğu üçün onun əfv edilməsi planını nəzərdən keçirir. Bu barədə jurnalistlərə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili məlumat verib.
"Salome Zurabişvili şəxsən Mixail Saakaşvilinin və Milli Hərəkatın sayəsində öz vəzifəsini qoruyub saxlayır və əminəm ki, onun əfvlə bağlı planları olacaq”, - Papuaşvili bildirib.
www.anews.az
"Salome Zurabişvili şəxsən Mixail Saakaşvilinin və Milli Hərəkatın sayəsində öz vəzifəsini qoruyub saxlayır və əminəm ki, onun əfvlə bağlı planları olacaq”, - Papuaşvili bildirib.
Hazırda Ukrayna vətəndaşı olan Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib, bundan sonra ölkədə ona qarşı 4 cinayət işi açılıb, onlardan ikisində siyasətçi qiyabi olaraq 3, daha 6 il müddətinə azadlıqdan məhrum edilib. 2007-ci il noyabrın 7-də müxalifətin mitinqinin dağıdılması, Gürcüstanın "İmedi” teleşirkətinin ofisinin dağıdılması və təxminən 9 milyon lari (3,3 milyon dollardan çox) məbləğində dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı işlərə baxılır. 2021-ci ilin oktyabrında Saakaşvili gizli şəkildə Gürcüstana gəlib, lakin saxlanılıb, bundan sonra o, sərhədi qanunsuz keçməkdə ittiham olunub. 2022-ci ilin may ayında səhhəti pisləşdiyi üçün o, hazırda qaldığı Tbilisinin özəl "Vivamed” klinikasına aparılıb.
Gülnar
www.anews.az