• $
  • £

Qurban Qurbanovun oyun sonrası şərhi

Qurban  Qurbanovun oyun sonrası şərhi
06.08.2024 22:35

Növbəti oyuna maksimum nəticə üçün çıxacağıq.Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, Çempionlar Liqasının III təsnifat mərhələsində keçirilən "Qarabağ” – "Lüdoqorets” (Bolqarıstan) oyunundan sonra mətbuat konfransında görüşün nəticəsini şərh edib:
 
"Təcrübəli komandaya qarşı oynayırdıq. İnanıram ki, ikinci matç bizim üçün daha yaxşı olacaq. Bu gün Çempionlar Liqasında olduğumuz hiss edildi. Məğlub olmağımız o demək deyil ki, hər şey bitdi. Səfərdəki oyunda daha səliqəli oynamağa çalışacağıq. Mən bu komandanı ciddiyə almışdım. Səfərdə hər şey istədiyimiz kimi olsa, yaxşı nəticə əldə edəcəyik".

- Dünən dediniz ki, oyuna tam hazırlaşa bilməmişik. Səfərdəki görüşdən əvvəl də çempionat matçı var. Hansısa tədbir görəcəksiz?

- Xeyr, hazırda belə fikrimiz yoxdur. Digər futbbolçularımızın oynamasına ehtiyac var. Hansı ki, onların da idman formasının yaxşı olması lazımdır. Çempionatda növbəti oyunumuzu da keçirəcəyik.

- Sizə elə gəlmir ki, futbol ictimaiyyəti, media "Lqdoqorets"i çox kiçiltmişdi?

- Fikirlər fərqlidir. Amma əlbəttə ki, "Lüdoqorets"in oyunçuların fərdi keyfiyyətli yüksəkdir. Oyunçularımı onlardan zəif saymıram. Komandama daha çox güvənirəm. Rəqib 9 ildir ki, qruplarda çıxış edir. Belə oyunlara tam hazırlaşır. Boşuna Macarıstana getməmişdim. İndi onları daha yaxından tanıdıq. Düşündüyümüz kimi alınsa, futbolçuları istədiyimiz kimi hazırlasaq, səfərdən yaxşı nəticə ilə dönəcəyik.

- Hakimlərin qərarlarından narazı idiz?

- Narazılıq edirdim. Bəlkə kənardan fərqli görürük. Təkrara da baxırdıq ki, sarı vərəqə göstərdi. Rəqib çox sərt oynayırdı. Sərt müdaxilələri var idi. Sonda bizi cəzalandırırdılar. Bolqarlara bir az simpatiya hiss olunurdu.
- Birinci hissədə üstünlük bizdə idi, ikinci yarıda sanki nəsə çatışmırdı. Qırılma nöqtəsi nə idi ki, hesabda geri düşdük?

- Bu cür rəqibə qarşı 90 dəqiqə eyni tempdə oynaya bilmək çətindir. Onların da öz oyun üslubu var. Bir neçə epizodda rəqibin hücumunun qarşısını ala bilmədik. Evdə oynayırdıq, hücuma daha çox fikir verirdik.

- Şahruddin Məhəmmədəliyev zədələnib. Cavab matçına hazır olacaq?

- Növbəti oyunda hazır olub-olmayacağını bilmirəm. Qarşıdakı günlərdə tam məlumat gələcək. Ola bilər daha uzun çəksin. Əvvəl də demişdim ki, bir qapıçı gətirmək aktualdır. Çox ciddi danışıqlar, axtarışlar gedir. Amma əldə olunan heç nə yoxdur. Ola bilər ki, tam razı qalmasaq da, bir qapıçı gətirək.

- Buntiçin oyuna qoşulmalarını necə qiymətləndirirsiz?

- Normal. Komandaya adaptasiya olur.

- Bu rəqiblə oyunda ən çox çətinliyiniz nə idi?

- Birinci təcrübə, ikinci oyunçuların fərdi ustalığı idi. Rəqib sürətli, dinamik, fiziki cəhətdən güclüdür. Müdafiədə 90 dəqiqə oynamağı bacaran komandadır. Amma bizim xeyli sayda epizodlarımız oldu. Yaxşı hücumlar qurduq. Bu hallardan çəkinmirik. Əksinə, necə müdaxilə etmək lazımdır, onu düşünürük. Qarşıdakı matçda daha səliqəli və daha dəqiq oynamağa çalışacağıq.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
İdman 23:36
Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatının finalına vəsiqə qazanıb
İdman 00:05
Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatının finalına vəsiqə qazanıb
İran yığması DÇ-2026 üçün viza alıb
İdman 21:50
İran yığması DÇ-2026 üçün viza alıb
Azərbaycanın U-17 millisi Qazaxıstanla qarşılaşacaq
İdman 17:24
Azərbaycanın U-17 millisi Qazaxıstanla qarşılaşacaq
Qurbanov “Qarabağ”la bağlı qərar verdi
İdman 17:27
Qurbanov “Qarabağ”la bağlı qərar verdi
"Qarabağ"ın legioneri milliyə çağırıldı
İdman 19:00
"Qarabağ"ın legioneri milliyə çağırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol