• $
  • £

Naftoqaz SOCAR-a qaz anbarlarını icarəyə verməyə hazırdır

Naftoqaz SOCAR-a qaz anbarlarını icarəyə verməyə hazırdır
07.08.2024 17:40
Ukraynanın "Naftoqaz” şirkəti Azərbaycan qazının Ukrayna ərazisindən Avropaya mümkün tranziti və onun bu ölkənin ərazisində saxlanması ilə bağlı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə danışıqlar aparır. Bu barədə Ukrayna mediası "Naftoqaz"-ın rəhbəri Aleksey Çernışova istinadən yazıb. 

Onun sözlərinə görə, Kiyev Rusiyanın "Qazprom” şirkəti ilə 2024-cü ilin dekabrın sonunda başa çatacaq və hazırda fəaliyyətdə olan 5 illik tranzit müqaviləsini yeniləmək niyyətində deyil. Nəticədə Ukrayna ərazisindən gündə 42 milyon kubmetr Rusiya qazının nəqli dayandırıla bilər.
 
Çernışov əlavə edib ki, Azərbaycan qazının Ukrayna ərazisindən tranzitinin mümkünlüyü Bakı ilə müzakirə olunur və SOCAR hasilatçı kimi öz qazını bu məqsədlər üçün təklif edə bilər.

"Biz başqa şirkətlərlə, SOCAR-la danışıqları istisna etmirik. Amma bizim yekun müqavilə qərarlarımız yoxdur. Bizim tərəfimizdən əməkdaşlıq üçün məcburi şərt SOCAR tərəfindən Ukraynanın anbarlarında qazın saxlanmasıdır”, -  o, bu məsələnin müzakirə olunduğunu bildirib.
 
Eyni zamanda Çernışov  hesab edir ki, SOCAR Ukraynada nə qədər çox qaz saxlamağa razı olsa, bir o qədər yaxşıdır.

"SOCAR qazı bizdə saxlasa, şad olaram. Anbarlarımız 31 milyard kubmetr həcmində Avropanın ən böyük anbarıdır. Öz ehtiyaclarımız üçün anbarlarının yarısını istifadə edirik.  Digər hissə isə gəlir əldə etmək üçün icarəyə verilə bilər”, -  o bildirib.

"Naftoqaz”ın rəhbəri tranzit qazının Rusiyaya məxsus ola biləcəyi ilə bağlı suala  isə "bu, manipulyasiya və populizmdir. Qaz müəssisələri, xüsusən də iri müəssisələr çox vaxt svop yolu ilə fəaliyyət göstərirlər” cavabını verib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
İqtisadiyyat 16:10
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol