• $
  • £

Tramp prezident seçilərsə neft hasilatını artıracağına söz verib

Tramp prezident seçilərsə neft hasilatını artıracağına söz verib
16.08.2024 13:43
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, seçkidə qalib gələrsə, enerji qiymətlərini aşağı salmaq üçün neft hasilatını artıracaq.

Tramp Nyu Cersidə keçirdiyi mətbuat konfransında "Prezidentliyimin ilk günündə qiymətləri dərhal endirəcəm, biz neft qazacağıq. Bu, hər şeyin qiymətini aşağı salacaq" deyib.

Eyni zamanda eks-prezident çıxışında respublikaçıların 2008-ci ildə prezident seçkilərində istifadə etdikləri "Fırtınalar, bala, tufanlar” şüarını səsləndirib. Şüarda neft və qaz qazmalarının artırılması tələb olunur.

Tramp söz verib ki, Ağ Evə qayıdarsa, onun administrasiyası ilk 12 ayda enerji qiymətlərini yarıya endirəcək.

Keçmiş prezidentin sözlərinə görə, Birləşmiş Ştatlar "Rusiya və Səudiyyə Ərəbistanı da daxil olmaqla” digər ölkələrdən daha çox neft ehtiyatına malikdir. Bundan əlavə, Tramp bərpa olunan enerji mənbələrinin əleyhinə olmadığını, lakin onları ölkənin bütün enerji problemlərinin həlli hesab etmədiyini bildirib.

"Mən təmiz havanın, təmiz suyun tərəfdarıyam, amma bunun üçün ölkəmizi məhv edə bilmərik”, - prezidentliyə namizəd bildirib.
 
N.Təbrizli



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
İqtisadiyyat 16:10
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol