• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya-Azərbaycan Universitetinin yaradılmasına ehtiyac varmı?

Rusiya-Azərbaycan Universitetinin yaradılmasına ehtiyac varmı?
20.08.2024 12:35
Bakıda Rusiya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü müzakirə olunur. Bunu Rusiya prezidenti Vladimir Putin Azərbaycanda səfəri zamanı İlham Əliyevlə birgə mətbuata açıqlamasında deyib.
 
"Hazırda biz bunu geniş tərkibli görüşümüz zamanı müzakirə etdik. Bakıda Rusiya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü müzakirə olunur. Azərbaycan prezidenti bu ideyanı dəstəkləyib və ümid edirəm ki, kifayət qədər tez bir zamanda biz bu işi həyata keçirəcəyik. Biz Sankt-Peterburq Dövlət Universitetini belə bir layihəyə cəlb etməyə hazırıq”, - Rusiya prezidenti əlavə edib.  

Hazırda Bakıda M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı
və Plekhanov adına Moskva Dövlət İqtisad Universitetinin Bakı filalı fəaliyyət göstərir.
 
Milli Məclisin elm və təhsil komitəsinin üzvü deputat Etibar Əliyev deyir ki, birgə universtetinin yaradılmasında Rusiyanın aparıcı universitetlərinin təcrübəsindən istifadə etmək daha vacibdir.
 
"Azərbaycan-Rusiya birgə Universitetinin yaradılmasını müsbət hal kimi qəbul edirəm. Sovetlər vaxtı Azərbaycandan minlərlə tələbə Rusiyanın aparıcı universitetlərində təhsil alıb. Rusiya ali təhsil sistemində öndə duran Fizika texnika Universiteti, Ali iqtisadiyyat məktəbi, Moskva Dövlət Universiteti var. Hesab edirəm ki, Rusiya Ali iqtisadiyyat məktəbi ilə əlaqəli bir ali məktəb yaradılsın. Həmin məktəbin çox böyük tədqiqat instititutları var. Fizika Texniki Universiteti dünyada aparıcı məktəblərdən biridir. Orada bir neçə Nobel mükafatçısı yetişib. Bizdə də  bunun iqtisadiyyat və texnologiya sahəsində qurulması daha yaxşı olar”, - deputat söyləyib.
 
Əliyevt vurğulayıb ki, Azərbaycanda ümumiyyətlə təhsil sektorunda tədris aparmaq üçün kadr problemi ciddi olaraq qalır.
 
"Orta məktəblərdə yuxarı siniflərində rus dili müəllimlərinin çatızmazlığı birnmənalıdır. Bunu artırmaq da mümkün deyil. Çünki istək yoxdur. Ali təhsildə daha çox rus sektoruna ona görə gedirlər ki, orada keçid balları aşağıdır. Amma belə universiet yaradılarsa kadr təminatını Rusiya  təmin edəcək. Bizdə ən ciddi problemlərdən biri müxtəllif dillərdə, eləcə də Azərbaycan dilində kadr hazırlığını həyata keçirməkdir”, - Əliyev əlavə edib. 
 
Təhsil eksperti Vüsal Kərimli hesab edir ki, Rusiya-Azərbaycan Universitetinin birgə yaradılmasında dəqiq elmlərə diqqət ayrılsa bu ölkə üçün faydalı ola bilər. 
 
"Rusiyanın Bakıda bir neçə universitetinin filalı fəaliyyət göstərir. Amma birgə universitetin yaradılması fərqli məsələdir. Birgə universitetdə hər iki ölkənin kadr potensialından, birgə proqramların olmasından istifadə edilir. Belə bir layihənin  dəqiq elmlər istiqamətində olması bizim üçün daha faydalı olacaq”, - ekspert bildirib.
 
Ekspert hesab edir ki, Azərbaycan- Rusiya Universitetinin olması orada tədrisin mütləq şəkildə rus dilində olması anlamına gəlməməlidir. Universitetdə həm Azərbaycan, həm də beynəlxalq dillərdə tədris həyata keçirilə bilər.
 
Hazırda Bakıda M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialıvar.  Bu filialda müxtəlif sahələrdə rus dilində hüquq, iqtisadiyyat və mühəndislik sahələrində təhsil verilir. Plekhanov adına Moskva Dövlət İqtisad Universitetinin Bakı filialı İqtisadiyyat və biznes sahələrində rus dilində təhsil proqramları təqdim edir.

Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında da tədris rus dilindədir.
 
Həmçinin bu il ilk dəfə Bakıda Türkiyə-Azərbaycan Universiteti fəaliyyətə başlayacaq. Universitetdə ilkin olaraq 90 tələbənun təhsil alması nəzərdə tutulub.

Universitetdə kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi ixtisasları tədris olunacaq. TAU-da tədris prosesinə Türkiyədən Orta Doğu Teknik Universiteti (ODTÜ), İstanbul Tekniki Universiteti (İTÜ) və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti (AzTU) tərəfdaş kimi cəlb olunub. 
 
Gülnar Nazimqızı 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Müxalifət partiyaları bələdiyyə seçkilərində iştirak edəcəkmi?
Cəmiyyət 12:33
Müxalifət partiyaları bələdiyyə seçkilərində iştirak edəcəkmi?
Azərbaycan Cənubi Qafqazda IQ səviyyəsinə görə sonuncu yerdədir
Cəmiyyət 12:03
Azərbaycan Cənubi Qafqazda IQ səviyyəsinə görə sonuncu yerdədir
Rüfət Səfərovun həbsinin ailəsi ilə əlaqəsi yoxdur - Hüquq müdafiəçisinin anası
Cəmiyyət 16:21
Rüfət Səfərovun həbsinin ailəsi ilə əlaqəsi yoxdur - Hüquq müdafiəçisinin anası
“Tərtər işi” üzrə təqsirləndirilənlərin cəzası azaldılıb
Cəmiyyət 18:24
“Tərtər işi” üzrə təqsirləndirilənlərin cəzası azaldılıb
PMI gəlirinin 38%-ni tüstüsüz məhsullardan əldə edir
Cəmiyyət 14:28
PMI gəlirinin 38%-ni tüstüsüz məhsullardan əldə edir
“Exit poll” nəticələri açıqlayıb - SİYAHI
Cəmiyyət 20:46
“Exit poll” nəticələri açıqlayıb - SİYAHI
Seçkilərə gedən
Cəmiyyət 16:47
Seçkilərə gedən "Musavat" partiyasının qazandıqları - MÜSAHİBƏ/VIDEO
Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər
Cəmiyyət 14:28
Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol