SOCAR Vyetnamın enerji şirkətləri ilə əməkdaşlığı genişləndirir
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Vyetnamın "Vietsovpetro” və "PetroVietnam” şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Bu barədə SOCAR məlumat yayıb.
SOCAR-ın vitse-prezidenti Babək Hüseynov Vyetnamın "Vietsovpetro” şirkətinin qazma işləri üzrə baş direktoru Fam Xuan Son və "PetroVietnam” şirkətinin neft və qaz müqavilələrinin idarə edilməsi şöbəsinin rəhbəri Tran Manh Cuong ilə görüşüb.
www.anews.az