• $
  • £

Azərbaycan balıq və ətin idxalını artırıb

Azərbaycan balıq və ətin idxalını artırıb
22.08.2024 10:58
2024-cü ilin ilk yeddi ayında Azərbaycanda daxili tələbatın və qlobal ərzaq qiymətlərinin artması səbəbindən ət  məhsullarının  idxalı  ötən ilin müvafiq dövrü ilə müqayisədə  26,5%, dəyər baxımından isə 46,0% artıb. Bu barədə  Dövlət Gömrük Komitəsi məlumat verib. 
 
2024-cü ilin yanvar-iyulunda Azərbaycan əlavə olaraq xalis çəkidə 6440 ton ət idxal edib ki, bu da ölkədə diri çəkidə 4200 ton olan daxili istehsalın artımını üstələyib.
 
İdxalın kəskin artması ilə yanaşı ətin qiyməti də artıb.  İdxal edilən ətin bir  kiloqramının qiyməti 2023-cü ildə 1,93 ABŞ dollar təşkil edirdisə bu il  bu rəqəm 2,23 ABŞ dollar olub. 

Balıq və dəniz məhsullarının idxalı da  artıb. 2024-cü ilin ilk yeddi ayında balıq, xərçəngkimilər, molyusklar və digər su onurğasızlarının idxalının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,2% artıb.
 
Bu tendensiya yerli akvakulturada problemlər fonunda idxal olunan balıq məhsullarından asılılığın artdığını göstərir.

"Rəqəmlər qeyri-sabit qlobal bazar şərtləri, artan istehsal xərcləri və dəyişən istehlakçı seçimləri ilə mübarizə aparmağa davam edən Azərbaycanın qida sektorunun üzləşdiyi daha geniş problemi vurğulayır",  -  Turan Xəbər Agentliyi bildirib
 
N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
İqtisadiyyat 16:10
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol