• $
  • £

2024-cü ilin 7 ayında Azərbaycana süd məhsulllarının idxalı artıb

2024-cü ilin 7 ayında Azərbaycana süd məhsulllarının idxalı artıb
26.08.2024 14:21
2024-cü ilin 7 ayında Azərbaycanın süd və qaymaq idxalı həcm ifadəsində 11,8%, kərə yağı və digər süd məhsullarının idxalı isə 64,7% artıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.  
 
Bu dövrdə süd istehsalı 0,5%-dən bir qədər çox artıb. Lakin yerli istehsalın bu qədər artmasına baxmayaraq, Azərbaycan 2024-cü ilin yanvar-iyulunda kərə yağı şəklində 157,7 min ton ekvivalent süd məhulu idxal edib ki, bu da ötən ilin səviyyəsini üstələyib.

Rusiya Azərbaycana süd məhsullarının aparıcı tədarükçüsü olmaqda davam edir. 2023-cü ildə ölkədə fermentləşdirilmiş süd məhsulları ixracında 6%, içməli süd və qaymaq ixracında isə 36% artım qeydə alınıb. Tarixən xaricdən alınan süd tozu və kreminin 46%-i Ukraynadan gəlirdi, lakin davam edən müharibə bu tədarükü ciddi şəkildə pozdu. Hazırda idxalın təxminən 25%-i Belarusdan gəlib.

İdxalın artmasına baxmayaraq, Azərbaycan fermerləri məhsullarının kənara qoyulmasından narahatdırlar. İri süd emalçıları İrandan yerli təbii süddən daha ucuz emal olunan yarımfabrikatlar almağa üstünlük verirlər. Bu, yerli südə tələbatın durğunluğuna səbəb olub, yerli fermerləri kənara çıxarıb. Əgər əvvəllər artıq məhsul ixrac olunurdusa, indi bu ixrac dayanıb və yerli südün hamısı daxili bazar tərəfindən mənimsənilb.

"Təsərrüfat südünə yerli tələbat yoxdur”, Azərbaycan bölgələrindən birində çalışan və adının anonim sxlanmasını istəyən fermer bildirib.
 
Azərbaycanın ən böyük süd şirkətlərindən biri olan ATENA gündə 400 tona qədər təzə süd istehsal etmək imkanına malikdir. Bununla belə, şirkət nümayəndəsi qeyd edib ki, ATENA xammalın böyük hissəsini öz təsərrüfatlarından alır.
 
"Biz yalnız yerli fermerlərlə lazım olduqda işləyirik",  - sözçü deyib. 

Bu çətinliklərə baxmayaraq, süd və süd məhsullarının istehlakı Azərbaycan mədəniyyətində dərin köklərə malik olaraq qalır və bu sektorun gələcək inkişafı üçün əhəmiyyətli potensial mövcuddur.
 
Yerli istehsalçılar məhsullarının keyfiyyətini və təbiiliyini yüksəltməyə çalışırlar və bunun gələcəkdə həm daxili istehlakı, həm də ixrac imkanlarını artıracağına ümid edirlər.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
İqtisadiyyat 16:10
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol