• $
  • £

Pulunuz Kapital Bank istiqrazları ilə sizə daha çox gəlir gətirsin

Pulunuz Kapital Bank istiqrazları ilə sizə daha çox gəlir gətirsin
30.08.2024 14:39
Xəbər verdiyimiz kimi 26 avqust 2024-cü il tarixində Kapital Bank ASC-nin buraxılış həcmi 30 000 000 (otuz milyon) ABŞ dollar həcmində olan, subordinasiya olunmuş istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.

İstiqrazların abunə yazılışı 24 sentyabr 2024-cü il tarixinə kimi 30 gün ərzində davam edəcək. Yerləşdirməsi isə 26 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasında baş tutacaq. Fiziki şəxslər Bankın filiallarına yaxınlaşaraq abunə yazılışında iştirak edə bilərlər. Həmçinin qeyd edilən tarixdə abunə yazılışında yerləşdirilmiş məbləğlərə əlavə olaraq məbləğin 3%-i həcmində günlük gəlir hesablanacaq. Eyni zamanda, istqraz alışı ilə bağlı bütün xərclər Kapital Bank tərəfindən qarşılanacaq.

Qeyd edək ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 dollar, illik faiz dərəcəsi 7%, faizlərin ödəniş dövrü 30 gündən bir, tədavül müddəti 7 ildir. Sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcək. Yerləşdirmə üzrə anderrayter "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
 

Ətraflı məlumat üçün: https://kbl.az/dix
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc. 
 
 
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
İqtisadiyyat 16:10
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol