• $
  • £

Ölkəyə gələn turist axını artıb

Ölkəyə gələn turist axını artıb
04.09.2024 11:39
2024-cü ilinyanvar-avqust aylarında Azərbaycana 1 milyon 344 min 260 xarici vətəndaş səfər edib, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30 % çoxdur.  Bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Bildirilir ki,  avqustda ölkəyə 245 337 nəfər gəlib. Bu da ötənilki göstəriciyə nisbətən 23 % çoxdur.

Ötən ay Azərbaycana ən çox turist 63 339 nəfər olmaqla Rusiyadan gəlib. İkinci yerdə Türkiyə (34 174 nəfər), üçüncü yerdə isə Hindistan (21 137 nəfər) qərarlaşıb.

Bu dövrdə İrandan 17,6 min, Səudiyyə Ərəbistandan 13,5 min, Gürcüstandan 9,9 min, Pakistandan 9,3 min, Qazaxıstandan 9,3 min, Birləşmiş Ərəb Əmirliklərindən 5,4 min, Küveytdən 5,1 min, Çindən 4,9 min, Omandan 4,6 min, Özbəkistandan 4,2 min, İsraildən 4 min, Ukraynadan 3,4 min turist gəlib.
 
Ötən il 2 086 548 turist Azərbaycana səfər edib, Azərbaycandan isə 1 868 742 başqa ölkələrə üz tutub.

Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov deyib ki, 2024-cü ildə 2 milyon 900 min turistin Azərbaycana gəlməsi planlaşdırılır.

2027-ci ilə qədər turizmin inkişafına dair "yol xəritəsi”nin icrası Rusiya Federasiyası və Azərbaycanın qarşılıqlı turist axınını 40% artıracaq. 
 
2023-cü ildə qarşılıqlı turist səfərlərinin sayı 1,5 dəfə artıb. Azərbaycana 475,6 min Rusiya vətəndaşı, 258,6 min Azərbaycan vətəndaşı Rusiyaya səfər edib.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
İqtisadiyyat 16:10
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol