• $
  • £

Mərkəzi Bank "yaşıl kreditlər" üçün taksonomiya hazırlayıb

Mərkəzi Bank
09.09.2024 16:27
Azərbaycan Mərkəzi Bankı (AMB) yaşıl kreditlərin və digər əlaqəli maliyyə alətlərinin tətbiqi ilə bağlı təlimat hazırlayıb və onun gələn ilin birinci rübünün sonuna kimi tətbiqi gözlənilir. Bu barədə  Mərkəzi Bankın Dayanıqlı Maliyyə Departamentinin aparıcı iqtisadçısı Kənan Məmmədov "Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu" adlı konfransda deyib.

"Bu təlimat yaşıl taksonomiya ilə sıx bağlıdır, o, artıq AMB-nin idarə heyətinə təqdim olunub və yaxın həftələrdə onun təsdiqi gözlənilir”, - Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda metodiki tövsiyələr hazırlanır və müvafiq qanunvericilik bazasına dəyişikliklər edilir.

"Bazar inkişaf etdikcə, sənaye bildirişləri əsasında gələcək təkmilləşdirmələr planlaşdırılır", - Məmmədov bildirib.
 
Məmmədov onu da əlavə edib ki, taksomaniya qəbul edilməzdən əvvəl ictimaiyyətin  müzakirsinə təqdim olunacaq. İctimaiyyətdən alınan təkliflər  nəzərə alındıqdan sonra qəbul ediləcək.
 
Azərbaycan Mərkəzi Bankı həmçinin COP-29 çərçivəsində dünya üzrə vahid taksonomiyanın qəbulunu təklif etmək niyyətindədir. 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
İqtisadiyyat 16:10
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol