• $
  • £

Azərbaycan Avropaya qaz ixracını artırıb

Azərbaycan Avropaya qaz ixracını artırıb
10.09.2024 10:21
2024-cü ilin ilk 8 ayında Azərbaycan  Avropaya qaz ixracını bir il əvvəlki 7,6 milyard kubmetrdən 8,4 milyard kubmetrə qədər artırıb. Bunu Tvitter səhifəsində ölkənin energetika naziri Oqtay Şahbazov bildirib. 
 
Onun məlumatına görə,  ümumilikdə qaz ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə artaraq 15,8 milyard kubmetrdən 16,4 milyard kubmetrə çatıb.
 
Türkiyəyə qaz ixracı 6,5 milyard kubmetr, Gürcüstana isə 1,5 milyard kubmetr təşkil edib.

TANAP kəməri ilə Türkiyəyə qaz ixracı 3,7 milyard kubmetr təşkil edib.

Nazir həmçinin bildirib ki, 2024-cü ilin yanvar-avqusunda qaz hasilatı ötən ilin eyni dövründəki 32,1 milyard kubmetrdən 33 milyard kubmetrə yüksəlib.
 
2024-cü ilin yanvar-avqustunda Azərbaycan neft və qaz-kondensat hasilatını ötən ilin eyni dövründəki 20,2 milyon tondan 19,3 milyon tona qədər azaldıb, 
  
Bu ilin yanvar-avqust aylarında neft ixracı 17 milyon tondan 16 milyon tona qədər azalıb.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
İqtisadiyyat 16:10
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol