• $
  • £

Azərbaycanın aqrar sektoru sürətlənib

Azərbaycanın aqrar sektoru sürətlənib
13.09.2024 16:42
2024-cü ilin ilk 8 ayında  Azərbaycanda 8 milyard 723 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur. Bu barədə  Dövlət  Statistika Komitəsinin yayımladığı   aylıq hesabatda bildirilib. 

Son bir ildə ölkədə istehsal olunan bitkiçilik məhsullarının dəyəri 0,3 % artaraq 4 milyard 528 min manat, heyvandarlıq məhsullarının dəyəri isə 1, 3% artaraq 4 milyard 195 milyon manat olub.

Sentyabrın 1-nə qədər tarlalardan qarğıdalı da daxil olmaqla 3 milyon 26 min ton və yaxud ötən ilin eyni dövrünə nisbətən 0,8 % çox dənli və dənli paxlalı bitkilər, 1 milyon 498,2 min ton (0,8 % çox) tərəvəz, 799,2 min ton (8 % az) kartof, 503,4 min ton (1,7 % çox) meyvə və giləmeyvə, 482,3 min ton (11,9 % çox) bostan məhsulları, 66,8 min ton (9,2 % az) üzüm, 25,8 min ton (14,9 % çox) günəbaxan, 24,5 min ton (2,7 dəfə çox) şəkər çuğunduru, 3,3 min ton (56,6 % çox) tütün, 901,4 ton (1,8 % çox) yaşıl çay yarpağı, 18,6 ton (86,8 % az) pambıq yığılıb.

2024-cü ilin ilk 8 ayında  ölkədə quş əti də daxil olmaqla diri çəkidə 379,2 min ton ət, 1 milyon 489,2 min ton süd, 1572,5 milyon ədəd yumurta, 14,5 min ton yun, 239,4 ton barama istehsal olunub, İllik müqayisədə ət istehsalı 1%, süd istehsalı 0,5 %, yumurta istehsalı 6,2 % artıb, yun  1,8 %, barama istehsalı isə 32,9 % azalıb.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
İqtisadiyyat 16:10
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol