• $
  • £

Asiya İnkişaf Bankı Şimal-Cənub yolu üçün kredit ayırıb

Asiya İnkişaf Bankı Şimal-Cənub yolu üçün kredit ayırıb
16.09.2024 14:58
Asiya İnkişaf Bankı (AİB) regional əlaqələri gücləndirmək və Azərbaycanın Avropa ilə Asiya arasında əsas nəqliyyat qovşağı kimi strateji mövqeyini gücləndirmək üçün Şimal-Cənub Dəhlizinin Azərbaycan arasında vacib  seqmentin təkmilləşdirilməsi üçün 131,5 milyon ABŞ dolları məbləğində kreditin ayrılması barədə qərar verib.  Layihənin ümumi dəyəri 160,5 milyon ABŞ dolları həcmində qiymətləndirilir. Bunun 29 milyon dollarını  Azərbaycan hökuməti özü maliyyələşdirəcək. 

2 illik güzəşt dövrü ilə 22 illik müddətə ayrılan kredit AİB-in çevik  faiz dərəcəli məhsullarından biridir.  Bu vəsait Azərbaycanı Rusiya və Mərkəzi Asiya ilə birləşdirən əsas tranzit marşrutu olan Sumqayıt-Yalama hissəsində mülki tikililər və keçidlər daxil olmaqla, ikixətli dəmir yolunun 166 kilometrlik hissəsinin tamamlanmasını sərf ediləcək. 

Kredit AİB-in 2017-ci ildə Azərbaycanın dəmir yolu sisteminin modernləşdirilməsi məqsədilə başladığı Dəmir Yolu Sektorunun İnkişafı Proqramının genişləndirilməsini nəzərdə tutur. 
 
"Dəmir yolu infrastrukturunun müasirləşdirilməsi təhlükəsizliyi və enerji səmərəliliyini artıracaq, nəqliyyat xərclərini əhəmiyyətli dərəcədə azaldacaqdır. Bundan əlavə, bu, Azərbaycanın Avropa və Asiya arasında strateji qapı kimi rolunu daha da gücləndirəcək”, - AİB-in Mərkəzi və Qərbi Asiya üzrə regional direktoru Yevgeni Jukov deyib.

Layihə dəmir yolu və multimodal nəqliyyat sistemlərinin modernləşdirilməsi yolu ilə regional iqtisadi inkişafı stimullaşdırmaq məqsədi daşıyan Mərkəzi Asiya İqtisadi Əməkdaşlıq (CAREC) Proqramına uyğundur.
 
CAREC həmçinin Azərbaycanın öhdəlik götürdüyü məqsədə xidmət edən əməliyyat səmərəliliyini artırmaq üçün dəmir yolu sektorunda islahatlar aparmağı hədəfləyir.
 
2018-2019-cu illər arasında Azərbaycan Dəmir Yolları (AZD) QSC genişmiqyaslı islahatlar həyata keçirib ki, bu da onun maliyyə sabitliyini və daxili idarəetməni əhəmiyyətli dərəcədə təkmilləşdirib. Bu dövrdə yükdaşımaların həcmi 34% artaraq 2018-ci ildəki 14 milyon tondan 2022-ci ildə 18,7 milyon tona yüksəlib ki , bu da  beynəlxalq və tranzit yüklərin ümumi həcminin 80%-dən çoxunu təşkil edir.

Azərbaycanın inkişafının əsas dəstəkçisi kimi AİB ölkənin bankla əməkdaşlığa başladığı 1999-cu ildən bəri ölkəyə 5 milyard ABŞ dollarından çox vəsait ayırıb. Bank nəqliyyat, enerji, səhiyyə və kənd təsərrüfatı kimi sektorlarda mühüm layihələrin maliyyələşdirilməsində mühüm rol oynayıb. 

İnfrastrukturdan əlavə, AİB Azərbaycanın 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29-a sədrliyini də dəstəkləyib. 
 
AİB Azərbaycana sammitə rəhbərlik etmək üçün lazımi potensialın yaradılmasına kömək edəcək, ölkənin qlobal iqlim problemlərinin həllinə sadiqliyini gücləndirəcək.

1966-cı ildə yaradılan AİB-in 68 üzvü var. Onlardan 49-u Asiya-Sakit okean regionunda yerləşir. Bankın dayanıqlı inkişafa, xüsusən də nəqliyyat və enerji sektorlarına yönəlməsi Asiya və Cənubi Qafqazda regional əməkdaşlığın və iqtisadi artımın təşviqinə kömək edir. 
 
Azərbaycan Dəmir Yolları QSC hələlik məsələyə münasibət bildirməyib.  
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
İqtisadiyyat 20:43
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:34
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:09
Azərbaycan nefti bahalaşıb
Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb
İqtisadiyyat 10:53
Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
İqtisadiyyat 21:58
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandasıformalaşdırıldı
İqtisadiyyat 16:19
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandasıformalaşdırıldı
Əhməd Yaşar: Qarabağdakı layihələrin sığortalanması ilə bağlı məlumat bazası yaradılır
İqtisadiyyat 13:10
Əhməd Yaşar: Qarabağdakı layihələrin sığortalanması ilə bağlı məlumat bazası yaradılır
Atilla Oksay: Türkiyədə səhiyyə xərclərinin 76 %-i dövlət tərəfindən qarşılanır
İqtisadiyyat 12:49
Atilla Oksay: Türkiyədə səhiyyə xərclərinin 76 %-i dövlət tərəfindən qarşılanır
Müştərilərin hesab balansları bərpa edildi - ABB-dən yeni açıqlama
İqtisadiyyat 12:45
Müştərilərin hesab balansları bərpa edildi - ABB-dən yeni açıqlama
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol