• $
  • €
  • ₽
  • ₺
  • £

Allahşükür Paşazadə Moskvada Rus Pravoslav Kilsəsinin ordeni ilə təltif edilib

Allahşükür Paşazadə Moskvada Rus Pravoslav Kilsəsinin ordeni ilə təltif edilib
19.09.2024 23:08
Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə Kiyev, Moskva və Bütün Rusiyanın mitropoliti Müqəddəs Aleksi Rus Pravoslav Kilsəsinin ordenini təqdim edib.
 
Təqdimetmə mərasimi Patriarx Kirilin iqamətgahında keçirilib.
 
QMİ sədri dinlərarası dialoqun inkişafında, cəmiyyətdə ənənəvi dəyərlərin qorunub saxlanmasında xidmətlərinə görə və 75 illik yubileyi ilə əlaqədar bu mükafata layiq görülüb.
 
Medalı təqdim edən Patriarx Kirill qeyd edib:
 
"Mən qardaşım Allahşükür Paşazadəni ürəkdən salamlayıram və böyük sevinc hissi ilə Sizi Rus Pravoslav Kilsəsinin ordeni ilə təltif edirəm, çünki siz postsovet məkanında görkəmli din xadimisiniz. Siz həmişə bizim kilsənin nümayəndələri ilə və şəxsən mənimlə açıq ürək və xoş hisslərlə dialoqa girmisiniz. Bu dialoqlar kontekstində yaradılmış gözəl atmosfer gündəmdə olan bütün məsələlər üzrə razılığa gəlməyə kömək edib. Dünyada müxtəlif konfliktlərin, o cümlədən dinlərarası münaqişələrin baş verdiyi bir vaxtda xalqlarımız arasında belə hadisələrin baş verməsi təhlükəsi yoxdur. Bu, əsasən dini liderlərin mövqeyi ilə təmin edilir. İnanıram ki, Qafqaz müsəlmanları ilə, ilk növbədə sizinlə və sizin şəxsinizdə Qafqazın bütün İslam ümməti ilə yaxşı münasibətlər sülhün və mehriban qonşuluğun qorunmasında mühüm amildir. Siz bizim münasibətlərimizin mahiyyətini dərk edən və sizin iştirakınız nəticəsində əldə olunmuş əlaqələrimizin səviyyəsini yüksək qiymətləndirən dini lidersiniz”.
 
Şeyxülislam öz növbəsində Patriarx Kirillə yüksək mükafata görə təşəkkür edib və onu Azərbaycan xalqının dostu adlandırıb. O, Ermənistan-Azərbaycan münaqişəsi zamanı Rus Pravoslav Kilsəsinin rəhbərinin həmişə ədalətin və həqiqətin tərəfində olduğunu vurğulayıb.
 
Allahşükür Paşazadə Patriarx Kirillə Azərbaycan Prezidenti İlham Əliyevin və Mehriban Əliyevanın adından xoş sözləri və salamlarını çatdırıb.
 
"Mən bugünkü mükafatı ölkələrimiz arasında qardaşlıq münasibətlərinin bariz göstəricisi kimi qiymətləndirirəm. Arzu edirəm ki, ölkələrimiz – Azərbaycan və Rusiya arasındakı qardaşlıq və dostluq münasibətlərimiz, dövlətlərimizin rəhbərliyi arasında etibarlı münasibətlər bundan sonra da inkişaf etsin”, - deyə Qafqaz Müsəlmanları İdarəsinin sədri əlavə edib.
 
Allahşükür Paşazadə Rus Pravoslav Kilsəsinə Qarabağ xalçası bağışlayıb.
 
Təqdimat mərasimində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər iştirak ediblər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda Anım Günüdür
Cəmiyyət 00:00
Azərbaycanda Anım Günüdür
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
Cəmiyyət 23:30
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
Prezidentin sosial media hesablarında "Formula 1"ə dair videoçarx paylaşılıb
Cəmiyyət 19:40
Prezidentin sosial media hesablarında "Formula 1"ə dair videoçarx paylaşılıb
Ağcabədidə avtomobillər toqquşub, iki qardaş ölüb
Cəmiyyət 19:24
Ağcabədidə avtomobillər toqquşub, iki qardaş ölüb
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 18:50
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
Cəmiyyət 16:21
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
Media və Yayım Şurası Türkiyədə Azərbaycan əleyhinə kampaniyadan narahatlığını bildirib
Cəmiyyət 15:51
Media və Yayım Şurası Türkiyədə Azərbaycan əleyhinə kampaniyadan narahatlığını bildirib
Prezident və ailəsi Formula 1 Azərbaycan Qran-Prisini izləyir
Cəmiyyət 15:47
Prezident və ailəsi Formula 1 Azərbaycan Qran-Prisini izləyir
Milli Məclisin komissiyası Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyası barədə açıqlama yayıb
Cəmiyyət 13:50
Milli Məclisin komissiyası Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyası barədə açıqlama yayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol