Sorğularda Harris Trampı üstələyir

ABŞ-ın vitse-prezidenti Kamala Harris və keçmiş prezident Donald Tramp seçkilərə iki həftə qalmış yeddi əsas ştatda səslər uğrunda gərgin mübarizə aparırlar. Bu barədə The Washington Post/Schar School keçirdiyi sorğunun nəticələri ilə bağlı dərc edilən araşdırmada bildirilib.
Sorğuya görə, Harris Corciyada 51% səs toplayır, Tramp isə Arizonada 49% ilə liderlik edir.
Pensilvaniya, Miçiqan və Viskonsində Harris cüzi üstünlüyə malikdir. Tramp Şimali Karolinada üstünlük əldə edir, Nevadada isə hər iki namizəd 48% səslə bərabər mövqedədirlər.
Ümumilikdə isə Harris Trampı qabaqlayır.
The Washington Post-a görə, 49% seçicilər Harrisin tərəfindədir. Tramp q isə səslərin 48%-ə malikdir.
Reuters/Ipsos sorğusuna görə isə, Harrsi 45%, Tramp isə ı 42% səsə malikdir.
Ekspertlər deyir ki, əsas ştatlardakı nəticələr seçkilərin qalibini müəyyən edəcək.
ABŞ-da seçkilər noyabrn 5-də baş tutacaq.
N.Təbrizli
www.anews.az
Son xəbərlər
Daha çox 