• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
27.12.2024 18:07
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Astara, Bakı-Bərdə, Bakı-Qax, Bakı-Şəki, Bakı-Oğuz, Bakı-Qəbələ, Bakı-İsmayıllı, Bakı-Ağdaş, Bakı-Kürdəmir, Bakı-Cəlilabad, Sumqayıt-Göyçay, Gəncə-Lənkəran, Gəncə-Mingəçevir, Şəki-Oğuz, Mingəçevir-Göyçay, Mingəçevir-Ağdaş, Neftçala-Salyan və Salyan-Neftçala şəhərlərarası avtobus marşrutlarını müsabiqəyə çıxarır.Bu barədə AYNA məlumat yayıb.

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 25 yanvar 2025-ci il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.

Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Astara, Bakı-Bərdə, Bakı-Qax, Bakı-Şəki, Bakı-Ağdaş və Bakı-İsmayıllı istiqamətlərində 6 Lot üzrə fevralın 4-də;

Bakı-Kürdəmir, Bakı-Qəbələ, Bakı-Cəlilabad və Bakı-Oğuz istiqamətlərində 6 Lot üzrə fevralın 7-də;

Sumqayıt-Göyçay, Gəncə-Lənkəran, Gəncə-Mingəçevir və Şəki-Oğuz istiqamətlərində 5 Lot üzrə fevralın 11-də;

Mingəçevir-Göyçay, Mingəçevir-Ağdaş Neftçala-Salyan və Salyan-Neftçala istiqamətlərində 5 Lot üzrə fevralın 14-də baxılacaq.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu günə qədər Qarabağ dirçəliş Fonduna 16 mindən çox ianə edilib
Cəmiyyət 11:40
Bu günə qədər Qarabağ dirçəliş Fonduna 16 mindən çox ianə edilib
Ruben Vardaryanıncinayət işi üzrə məhkəmə baxışı keçirilir
Cəmiyyət 11:12
Ruben Vardaryanıncinayət işi üzrə məhkəmə baxışı keçirilir
Bakının 2 rayonunda müvəqqəti qaz olmayacaq
Cəmiyyət 09:41
Bakının 2 rayonunda müvəqqəti qaz olmayacaq
Avro və rubl bahalaşıb - Məzənnə
Cəmiyyət 09:32
Avro və rubl bahalaşıb - Məzənnə
Santuş Yunanıstanda xüsusi mükafata layiq görülüb
Cəmiyyət 21:04
Santuş Yunanıstanda xüsusi mükafata layiq görülüb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 20:44
Bu ərazilərdə qaz olmayacaq
Daha 3 avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyənləşib
Cəmiyyət 20:30
Daha 3 avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyənləşib
Beynəlxalq axtarışa verilmiş 7 nəfər Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 19:00
Beynəlxalq axtarışa verilmiş 7 nəfər Azərbaycana ekstradisiya edilib
Elnur Bağırov Dövlət Agentliyinə sədr təyin edilib
Cəmiyyət 18:28
Elnur Bağırov Dövlət Agentliyinə sədr təyin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol