Bakının 6 müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
![Bakının 6 müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır Bakının 6 müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır](https://anews.az/photo/850x500/2024-12/1735400679_1735397546_f6008171-53c1-30e5-bcff-56395f045137_850.png)
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) paytaxtın 66 nömrəli şəhərdaxili, 122, 126, 162, 184 və 340 nömrəli şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır.Bu barədə AYNA-dan bildirilib.
Müsabiqə üçün sənədlər yanvarın 26-sı saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.
Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən 162 nömrəli şəhərətrafı (Ramana qəsəbəsi, Yeni yaşayış massivi – "Koroğlu” metrostansiyası), 126 nömrəli şəhərətrafı (Şonqar qəsəbəsi – "Sədərək” ticarət mərkəzi), 66 nömrəli şəhərdaxili (Suraxanı qəsəbəsi – "Neftçilər” metrostansiyası) avtobus marşrutları üzrə 3 lotda fevralın 18-də; 340 nömrəli şəhərətrafı (Binə qəsəbəsi – Mərdəkan qəsəbəsi (Şüvəlan yolu)), 122 nömrəli şəhərətrafı (Ramana qəsəbəsi, Şuşa şəhərciyi – Maştağa qəsəbəsi), 184 nömrəli şəhərətrafı (Yeni Suraxanı qəsəbəsi – "Ulduz” metrostansiyası) avtobus marşrutları üzrə 3 lotda fevralın 21-də baxılacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər