Daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
![Daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır Daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır](https://anews.az/photo/850x500/2025-01/1736523368_ayna5.jpg)
Bakının 145 və 147 nömrəli şəhərətrafı müntəzəm avtobus marşrutları sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində müsabiqəyə çıxarılır.Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Müsabiqə üçün sənədlər fevralın 8-i saat 17:00-dək Agenlikdə (Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.
Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər