• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev BƏƏ Prezidenti ilə görüşüb

İlham Əliyev BƏƏ Prezidenti ilə görüşüb
13.01.2025 18:25
Yanvarın 13-də Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub.
 
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti 2024-cü ildə Azərbaycana rəsmi və COP29 ilə bağlı səfərlərini,dövlət başçısı ilə keçirdiyi görüşləri və aparılmış müzakirələri məmnunluqla xatırlayıb.

BƏƏ Prezidentinin COP29-da iştirakını bir daha yüksək qiymətləndirən dövlət başçısı qeyd edib ki, bu mühüm beynəlxalq tədbirin uğurla başa çatdırılmasında Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlığı və konsepsiyası da öz rolunu oynayıb.

Dövlət başçıları münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını deyərək, Azərbaycan ilə BƏƏ arasında dostluq və qardaşlıq əlaqələrinin mövcud olduğunu vurğulayıblar.

Siyasi münasibətlərin mükəmməl səviyyədə olduğunu deyən Prezident İlham Əliyev iqtisadi-ticari əlaqələrin genişləndiyini qeyd edib, Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanın bərpaolunan enerji sahəsinə qoyduğu investisiyaların da dostluğun və tərəfdaşlığın nümunəsi olduğunu vurğulayıb,ölkələrin ənənəvi enerji sahəsində yaxından əməkdaşlıq etdiyini qeyd edib.

Söhbət zamanı ikitərəfli, regional, qlobal, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Siyasət 14:25
İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri ilə görüşüb
Siyasət 21:28
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri ilə görüşüb
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçıları təyin edilib
Siyasət 18:30
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçıları təyin edilib
Milli Məclis Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyəcək
Siyasət 17:43
Milli Məclis Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyəcək
Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI
Siyasət 10:39
Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI
Prezident onları təltif edib - sərəncam
Siyasət 10:37
Prezident onları təltif edib - sərəncam
Vəkillərin üzləşdiyi məsələlərlə bağlı dövlət qurumları ilə dialoq davam etdirilir
Siyasət 10:18
Vəkillərin üzləşdiyi məsələlərlə bağlı dövlət qurumları ilə dialoq davam etdirilir
Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 10:08
Ərdoğan İlham Əliyevə zəng edib
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə qalacaq
Siyasət 18:04
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə qalacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol