• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev FIFA prezidenti Canni İnfantinonu qəbul edib

İlham Əliyev FIFA prezidenti Canni İnfantinonu qəbul edib
29.09.2026 12:23

 

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA prezidenti Canni İnfantinonu qəbul edib.

Görüşdə Azərbaycanda futbolun inkişafı, qarşıdakı beynəlxalq turnirlərə hazırlıq və Azərbaycan-FIFA əməkdaşlığının perspektivləri müzakirə olunub.

İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişafı ilə bağlı görülən işlərə verdiyi dəstəyə görə İnfantinoya təşəkkür edib.

Prezident gələn ay Azərbaycanda ilk dəfə keçiriləcək 15 yaşadək oğlan futbolçular arasında FIFA U-15 Dünya Çempionatı və Festivalına, həmçinin 2027-ci ildə təşkil olunacaq 20 yaşadək futbolçular arasında FIFA U-20 Dünya Çempionatına hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını bildirib.

Dövlət başçısı Azərbaycanın bu idman tədbirlərində iştirakının əhəmiyyətini vurğulayıb və onların ümumilikdə regionda futbolun inkişafına töhfə verəcəyinə ümidvar olduğunu deyib.

Canni İnfantino qəbul üçün təşəkkür edib. O, Azərbaycanda ilk dəfə keçiriləcək U-15 dünya çempionatı və festivalının əhəmiyyətini qeyd edərək, dünya idman ictimaiyyətinin diqqətinin bu tədbirə yönələcəyini bildirib.

Görüşdə Azərbaycanda futbolun inkişafı istiqamətində görülən işlər və son dövrlərdə əldə olunan nəticələr də müzakirə edilib.

Tərəflər Azərbaycanla FIFA arasında qurulmuş əməkdaşlığın uğurlu olduğunu vurğulayıb və tərəfdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparıblar. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) FIFA-nın fəaliyyətinə verdiyi dəstək də qeyd olunub.

Görüşün sonunda Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim edib.

 Azərbaycan 2025-ci ildə UEFA U-17 Avropa çempionatına ev sahibliyi edib. Qarşıdakı illərdə ölkədə FIFA-nın təşkilatçılığı ilə U-15 və U-20 dünya çempionatlarının keçirilməsi Azərbaycanın beynəlxalq futbol turnirlərinə ev sahibliyi təcrübəsinin genişləndirilməsi baxımından növbəti mərhələ olacaq.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol