• $
  • €
  • ₽
  • ₺
  • £

Tramp transseksuallara ABŞ ordusunda xidmət etməyi qadağan edir

Tramp transseksuallara ABŞ ordusunda xidmət etməyi qadağan edir
21.01.2025 11:54
Prezident Donald Tramp transseksualların ABŞ ordusunda xidmət etməsinə icazə verən müddəanı ləğv edən fərman imzalayıb. Bu barədə Politico nəşri yazıb.

Mətndə deyilir ki, Tramp sələfi Co Baydenin sərəncamını ləğv edib. Materialda qeyd olunur ki, yeni qadağa hələ tətbiq olunmasa da, bu müddəanın ləğvi gələcəkdə onun tətbiqi imkanlarını açır.

"Tramp yeni qadağa qoymasa da, Bayden dövründəki sərəncamın ləğvi bunu deməyə əsas verir", - nəşr yazıb. 

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, Trampın ilk qadağasından əvvəl 2019-cu ildə 8000-ə qədər transgender hərbi xidmətdə olub.

ABŞ prezidenti Donald Tramp Ağ Evdəki ilk günündə cəmi 47 dəqiqə 5 saniyə ərzində onlarla sənəd imzalayıb. Dövlət başçısı sərəncamları imzalayarkən jurnalistlərin suallarını cavablandırıb. O qeyd edib ki, sələfi Co Bayden heç vaxt bunu etməyib.
 
Aytac 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"SWISS" aviaşirkətinin Sürix–Şanxay reysi Bakıya məcburi eniş edib
Dünya 21:12
"SWISS" aviaşirkətinin Sürix–Şanxay reysi Bakıya məcburi eniş edib
Moldova Ukraynaya nota göndərib
Dünya 20:30
Moldova Ukraynaya nota göndərib
Fransada fövqəladə vəziyyət elan edilə bilər
Dünya 20:06
Fransada fövqəladə vəziyyət elan edilə bilər
ABŞ Çinin beş şirkətinə qarşı sanksiyalar tətbiq edib
Dünya 19:15
ABŞ Çinin beş şirkətinə qarşı sanksiyalar tətbiq edib
4 mindən çox insan Eboladan ölüb
Dünya 17:10
4 mindən çox insan Eboladan ölüb
Türkiyədə sel nəticəsində ölənlərin sayı doqquza çatıb - Yenilənib
Dünya 13:44
Türkiyədə sel nəticəsində ölənlərin sayı doqquza çatıb - Yenilənib
İstanbulda güclü yağışlar nəticəsində ölənlərin sayı 6-ya çatıb
Dünya 12:07
İstanbulda güclü yağışlar nəticəsində ölənlərin sayı 6-ya çatıb
Putin Tramp və Si Cinpinlə Ukrayna məsələsini müzakirə etməyi təklif edib
Dünya 09:29
Putin Tramp və Si Cinpinlə Ukrayna məsələsini müzakirə etməyi təklif edib
Tramp İsrail xalqına müraciət edib
Dünya 23:27
Tramp İsrail xalqına müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol