• $
  • £

Azərbaycanda ədalətli,şəffaf və rəqabətli seçkilər keçirilib - Deputat

Azərbaycanda ədalətli,şəffaf və rəqabətli seçkilər keçirilib - Deputat
03.02.2025 11:23
Azərbaycanda bələdiyyə seçkiləri çox şəffaf və rəqabətli keçib. Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. 
 
"Bələdiyyə seçkilərinin keçirilməsi əhəmiyyətli bir mərhələ oldu. Hər bir seçki dövlət çün imtahandır. Bu seçkilər də rəqabətli keçdi. Növbəti dövrlərdə bələdiyyələr qarşılarına qoyduğu böyük vəzifələri uğurla yerinə yetirəcəklər", - deputat bildirib. 
 
Deputat Siyavuş Novruzov da bələdiyyə seçkilərində uğur qazanan YAP partiyasını təbrik edərək bildirib ki, bu partiyanın növbəti ədalətli qalibiyyəti olub. 
 
" Bələdiyyə seçkiləri mühüm bir seçkilər idi. YAP yenidən öz qələbəsini qazanıb. Azad,ədalətli seçkilər keçirildi və bələdiyyələr formalaşdı", - deputat bildirib. 
 
 
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. Seçkilərdə 1 milyondan çox vətəndaş səsvermədə iştirak edib. 
 
Seçkilərdə 26 siyasi partiyadan 23 seçkilərdə namizəd kimi iştirak edib. 
 
Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində bələdiyyələrə ümumilikdə 13.5 milyon manat (2024-cü illə müqayisədə 1 milyon manat və ya 8% çox) vəsait ayrılması proqnozlaşdırılıb. 
 
Bu vəsaitin 7.5 milyon manatı dotasiya, 1,6 milyon manatı subvensiya, 4,4 milyon manatı isə su təchizatı qurğularının istismarı və onlara xidmətlə bağlı xərclər üçün isə subsidiya formasında ayrılacaq.

 
Azərbaycanda ilk bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib. Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2019-cu ilin dekabrında baş tutub. 
 
Gülnar Nazimqızı 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Goranboyda yol qəzasında iki nəfər ölüb, xəsarət alan var
Cəmiyyət 21:42
Goranboyda yol qəzasında iki nəfər ölüb, xəsarət alan var
Sumqayıtda internat yataqxanasında yanğın olub, ana və oğlu tüstüdən zəhərlənib
Cəmiyyət 18:16
Sumqayıtda internat yataqxanasında yanğın olub, ana və oğlu tüstüdən zəhərlənib
Sabunçuda evdən 10 min manatlıq oğurluq olub
Cəmiyyət 18:00
Sabunçuda evdən 10 min manatlıq oğurluq olub
Astarada dənizdə boğulduğu deyilən şəxsin ölkə xaricinə getdiyi məlum olub
Cəmiyyət 16:00
Astarada dənizdə boğulduğu deyilən şəxsin ölkə xaricinə getdiyi məlum olub
Jurnalist Nurani dəfn olunub - Yenilənib
Cəmiyyət 14:47
Jurnalist Nurani dəfn olunub - Yenilənib
Sumqayıtda ev yanıb, xəsarət alan var
Cəmiyyət 14:10
Sumqayıtda ev yanıb, xəsarət alan var
Şükufə Yusupova yol qəzası keçirib, vəziyyəti ağırdır - Yenilənib
Cəmiyyət 14:08
Şükufə Yusupova yol qəzası keçirib, vəziyyəti ağırdır - Yenilənib
M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir
Cəmiyyət 12:56
M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir
Sabah 40 dərəcə isti olacaq
Cəmiyyət 12:15
Sabah 40 dərəcə isti olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol