• $
  • €
  • ₽
  • ₺
  • £

Durovun işi məhkəməyə nə vaxt göndəriləcək?

Durovun işi məhkəməyə nə vaxt göndəriləcək?
06.02.2025 10:40
Telegram messencerinin təsisçisi, iş adamı Pavel Durovun işi yaxın bir il və ya daha çox müddət ərzində Fransada məhkəməyə verilməyəcək. Bu barədə Wired məlumat yayıb.

Paris prokurorluğunun nümayəndəsi Maylis de Rekkin sözlərinə görə, Durov işin məhkəməyə verildiyi bütün müddət ərzində Fransada qalmalı olacaq.

Nəşr qeyd edir ki, bu vəziyyət fonunda Telegram Fransa, Belçika və Cənubi Koreyanın hüquq-mühafizə orqanları ilə daha fəal əməkdaşlığa başlayıb.

Bundan əvvəl Durov Fransada keçirilən məhkəmə iclasında bildirib ki, o, təsis etdiyi kross-platforma Telegram messencerində moderasiyanı təkmilləşdirmək niyyətindədir.

Durov avqustun 24-də axşam Fransanın Le Burje hava limanında şəxsi təyyarəsini tərk edərkən saxlanılıb. Sahibkar ölkəyə Azərbaycandan  gəlib. O , qeyri-qanuni əməliyyatlar aparmaq məqsədilə onlayn platformanı idarə etmək də daxil olmaqla altı cinayətdə ittiham olunur. Telegram-ın təsisçisi 5 milyon avro girov müqabilində məhkəmə nəzarəti altına alınıb və Fransadan çıxışı da qadağan edilib.


6 dekabr 2024-cü ildə bildirildi ki, Durov ona qarşı Fransada açılan iş üzrə Paris məhkəməsində ilk dəfə ifadə verib. Söhbət Telegram və kriminal fəaliyyət arasında mümkün əlaqənin araşdırılmasından gedir. Dindirilmənin təfərrüatları açıqlanmayıb.
 
Aytac 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"SWISS" aviaşirkətinin Sürix–Şanxay reysi Bakıya məcburi eniş edib
Dünya 21:12
"SWISS" aviaşirkətinin Sürix–Şanxay reysi Bakıya məcburi eniş edib
Moldova Ukraynaya nota göndərib
Dünya 20:30
Moldova Ukraynaya nota göndərib
Fransada fövqəladə vəziyyət elan edilə bilər
Dünya 20:06
Fransada fövqəladə vəziyyət elan edilə bilər
ABŞ Çinin beş şirkətinə qarşı sanksiyalar tətbiq edib
Dünya 19:15
ABŞ Çinin beş şirkətinə qarşı sanksiyalar tətbiq edib
4 mindən çox insan Eboladan ölüb
Dünya 17:10
4 mindən çox insan Eboladan ölüb
Türkiyədə sel nəticəsində ölənlərin sayı doqquza çatıb - Yenilənib
Dünya 13:44
Türkiyədə sel nəticəsində ölənlərin sayı doqquza çatıb - Yenilənib
İstanbulda güclü yağışlar nəticəsində ölənlərin sayı 6-ya çatıb
Dünya 12:07
İstanbulda güclü yağışlar nəticəsində ölənlərin sayı 6-ya çatıb
Putin Tramp və Si Cinpinlə Ukrayna məsələsini müzakirə etməyi təklif edib
Dünya 09:29
Putin Tramp və Si Cinpinlə Ukrayna məsələsini müzakirə etməyi təklif edib
Tramp İsrail xalqına müraciət edib
Dünya 23:27
Tramp İsrail xalqına müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol