• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniyanın prezidenti ilk dəfə xanımı ilə Azərbaycana gəlir- Gözləntilər

Almaniyanın prezidenti ilk dəfə xanımı ilə Azərbaycana gəlir- Gözləntilər
17.03.2025 14:16

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və həyat yoldaşı Elke Büdenbender martın 30-dan aprelin 2-dək ilk dəfə Azərbaycana və Ermənistana rəsmi səfər edəcək. 

Bildirilir ki, prezident Azərbaycana səfəri çərçivəsində prezident İlham Əliyevlə görüşəcək. O, YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Bakının tarixi mərkəzinə baş çəkəcək , xristian, müsəlman və yəhudi ruhaniləri ilə tolerantlıq və dinlərarası anlaşma mövzusunda müzakirələr aparacaq. O, həmçinin Azərbaycanda qadınların vəziyyəti ilə bağlı müzakirələrdə iştirak edəcək.

Almaniya prezidentinin Ermənistanda da prezident və baş nazirlə görüşü gözlənilir. 

Politoloq Aytən Qurbanova bildirir ki, Almaniya Avropada və Azərbaycanda əməkdaşlıq üzrə kifayət qədər yüksək əlaqələri olan ölkələrdən biridir.

"Bu günə qədər də Azərbaycan və Ermənistan arasında baş verən münasibətlərdə Almaniya müəyyən bir vasitəçi rolunda olub. Amma görünən odur ki, son dövrlərdə sülh müqaviləsinin imzalanması ilə bağlı təkcə Almaniya deyil, digər ölkələrdə maraqlıdır. Biz eyni zamanda ABŞ və digər ölkə nümayəndələrinin də münasibətini görürürük. Gözləntilər Almaniya tərəfindən də eyni təşəbbüslərin səsləndirilməsi Azərbaycan və Ermınistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində tərəflər arasındakı müzakirəyə maraqlı olduğunu şərh etməyə icazə verir. Gəlişin hansı nəticələri olacaq və Ermənistana hansı təsir mexanizmi olacaq bu gələcək dövrdə müzakirə olunacaq məsələlərdən biridir. Amma bu gün ki dövrdə sülhə töhfə verəcək bütün tərəflərin hər hansı bir təşəbbüsləri müsbət hal kimi  qiymətləndirilir",- politoloq bildirib.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Азербайджан и Беларусь обсудили обмен технологиями и поставки военной продукции
Siyasət 20:22
Азербайджан и Беларусь обсудили обмен технологиями и поставки военной продукции
Şahin Mustafayev İran Prezidenti ilə görüşüb
Siyasət 20:00
Şahin Mustafayev İran Prezidenti ilə görüşüb
Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib
Siyasət 18:48
Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib
Elçin Hüseynli Azərbaycanın İtaliyadakı səfiri kimi fəaliyyətə başlayıb
Siyasət 16:58
Elçin Hüseynli Azərbaycanın İtaliyadakı səfiri kimi fəaliyyətə başlayıb
İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Siyasət 14:25
İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri ilə görüşüb
Siyasət 21:28
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri ilə görüşüb
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçıları təyin edilib
Siyasət 18:30
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçıları təyin edilib
Milli Məclis Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyəcək
Siyasət 17:43
Milli Məclis Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyəcək
Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI
Siyasət 10:39
Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol