• $ 1.7
  • € 1.9961
  • ₽ 0.021425
  • ₺ 0.0419
  • £ 2.2937

Rəsmi Bakı Paşinyanın ofisinin bəyanatını rədd edir

Rəsmi Bakı Paşinyanın ofisinin bəyanatını rədd edir
18.03.2025 15:32

Rəsmi Bakı Ermənistan Baş nazirinin ofisinin Azərbaycana qarşı tamamilə əsassız iddialarla yanaşı, yerdəki reallıqları və sərhədyanı bölgələrdə atışma faktlarını təhrif edən 18 mart 2025-ci il tarixli bəyanatını qətiyyətlə rədd edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Paşinyanın ofisinin sərhəddə atışmalar və digər anti-Azərbaycan iddiaları ilə bağlı bəyanatına dair şərhində deyilir.

Bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyinin bəyan etdiyi atəş açılması hallarına, eləcə də Ermənistan tərəfinin də xəbərdar olduğu video çəkilişlərdə görünən Ermənistan hərbi qulluqçularının açıq təxribatlarına son qoyulması sabitlik üçün zəruri şərtdir.

“Xoşməramlılıq nümayiş etdirmək və bu cür təxribatlara son qoymaq əvəzinə, Ermənistan tərəfinin mücərrəd və praktiki olaraq qeyri-mümkün təkliflərinin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın işğalı müddətində olduğu kimi heç bir əsası yoxdur.

Bu, işğala son qoymağa çağırış etmək əvəzinə, Minsk Qrupu həmsədrlərinin irəli sürdüyü təklifləri xatırladır.

Əgər Ermənistan hökuməti, Baş nazirin ofisinin də bəyan etdiyi kimi sülh gündəmini rəhbər tutursa, o zaman sərhədyanı ərazilərdə hücum silahlarının yerləşdirilməsi də daxil olmaqla kütləvi hərbiləşmənin Ermənistanın belə bir gündəliyinə necə xidmət etdiyi barədə izahat verməsi yerinə düşərdi.

İki ölkə arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin mətninin yekunlaşdırılması ilə bağlı Ermənistanın guya xoşməramlı olmasına gəlincə, məhz Azərbaycanın sülh sazişi üzərində işləmək təklifi ilə ilk addımları hələ 2022-ci ilin əvvəlində atmasına baxmayaraq, Ermənistanın bütün vasitələrlə prosesi necə pozduğu faktını xatırlatmaq yerinə düşər. Onu da qeyd edək ki, Ermənistanın danışıqlarda törətdiyi çoxsaylı çağırışlara, o cümlədən Azərbaycan ərazilərindən qalan qüvvələrini çıxarmaqdan imtina etməsinə və ərazilərimizdə qurduqları rejimi təşviq etməsinə baxmayaraq, məhz Azərbaycanın səyləri və tədbirləri nəticəsində prosesdə belə bir nailiyyət əldə olunub.

Eyni zamanda, Azərbaycana qarşı ərazi iddialarına son qoymaq üçün konstitusiyaya dəyişiklik edilməsi barədə uzun müddət bundan əvvəl irəli sürülmüş tələbimizdən xəbərdar olmasına baxmayaraq,  Ermənistanın bu çağırışa məhəl qoymaması olduqca narahatlıq doğurur. Danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq. Bununla yanaşı, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq.

30 ilə yaxın müddətdə məhz tərəf olduğu beynəlxalq müqavilələr və silahlara nəzarət mexanizmləri çərçivəsində öhdəliklərini kobud şəkildə pozan, Azərbaycana qarşı təcavüz törədən, ərazilərimizin işğalı müddətində əksər hərbi texnikasını və silah sistemlərini ölkəmizin ərazisində qeyri-qanuni yerləşdirməklə beynəlxalq silahlara nəzarət mexanizmlərindən gizlədən ölkə kimi Ermənistanın belə mexanizmlərdən danışmağa mənəvi haqqı yoxdur.

Kommunikasiyaların açılması məsələsinə gəldikdə, Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinə baxmayaraq, Ermənistan bu öhdəlikləri 4 il ərzində yerinə yetirməyib. Bunun əvəzinə, onlar diqqəti prosesdən və öhdəliklərindən yayındırmaq məqsədilə, mahiyyətcə əhəmiyyəti olmayan, icrası çətin və praktiki cəhətdən uzun marşrutlar üzrə təkliflər irəli sürüblər. Əgər Ermənistan tərəfi həqiqətən də bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa, öhdəliklərindən boyun qaçırmamalı və bölgədəki yeni reallıqlara uyğun şəkildə kommunikasiyaların açılması istiqamətində praktiki addımlar atmalıdır.

Azərbaycan bütün istiqamətlərdə sülh səylərini davam etdirəcək və bu prosesə qarşı addımların qarşısını qətiyyətlə alacaq", - məlumatda deyilir. 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb
Siyasət 19:54
Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb
Ölkəyə idxal olunan mallara nəzarətin həyata keçirilməsi ilə bağlı yeni QƏRAR
Siyasət 17:22
Ölkəyə idxal olunan mallara nəzarətin həyata keçirilməsi ilə bağlı yeni QƏRAR
Azərbaycan və İran rəsmiləri ikitərəfli münasibətləri müzakirə ediblər
Siyasət 16:16
Azərbaycan və İran rəsmiləri ikitərəfli münasibətləri müzakirə ediblər
Prezident elektroenergetika sahəsində sabit tarif tətbiqini təsdiqləyib
Siyasət 14:30
Prezident elektroenergetika sahəsində sabit tarif tətbiqini təsdiqləyib
Əliyev Peru Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
Siyasət 11:17
Əliyev Peru Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
Amur vilayətində baş verən təyyarə qəzasında azərbaycanlılar olmayıb – XİN
Siyasət 10:09
Amur vilayətində baş verən təyyarə qəzasında azərbaycanlılar olmayıb – XİN
Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə işgüzar səfərdədir
Siyasət 16:55
Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə işgüzar səfərdədir
Azərbaycan Maldiv Respublikasını Müstəqillik Günü münasibətilə təbrik edib
Siyasət 15:37
Azərbaycan Maldiv Respublikasını Müstəqillik Günü münasibətilə təbrik edib
Ermənistanın konpensasiya ödəməsi müzakirə mövzusu deyil - Hacıyev
Siyasət 14:09
Ermənistanın konpensasiya ödəməsi müzakirə mövzusu deyil - Hacıyev
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox