Rusiya Bakı-Novorossiysk kəməri ilə Qazaxıstan və Türkmənistan neftini nəql edəcək
Rusiya tərəfi Bakı-Novorossiysk boru kəməri ilə Qazaxıstan və Türkmənistandan ixrac olunan nefti nəql edəcək.«APA-Economics»in Dağıstan Dövlət Televiziyasına istinadən verdiyi məlumata görə, Rusiyanın «Transneft» şirkəti Bakı-Novorossiysk boru kəmərinin bir hissəsi olan Mahaçqala-Novorossiysk kəməri ilə Mahaçqala dəniz limanına gətirilən neftin nəql olunması üçün limanın qəbuletmə gücünü genişləndirmək niyyətindədir. Rusiya şirkəti Mahaçqala limanından gəmilərlə qəbul etdiyi Qazaxıstan və Türkmənistan neftini bu kəmərlə nəql etmək fikrindədir. «Transneft» bununla bağlı «Trafigura» şirkəti ilə danışıqlara başlayıb. Bu şirkət Türkmənistandan gətirilən nefti konsolidasiya edərək bu kəmərlə nəql edəcək. Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) hələ də Bakı-Novorossiysk neft kəməri ilə Azərbaycan neftinin nəqlinə dair Rusiya tərəfi ilə kommersiya razılaşmasını bağlamayıb. Fevral ayının əvvəlində isə «Transneft» şirkətinin Azərbaycan neftinin Rusiya ərazisi ilə nəqlinə dair bütün səlahiyyətləri bitir. Rusiya şirkətinin nümayəndələri isə müqavilə uzadılmayacağı təqdirdə, boru kəmərinin Mahaçqaladan Novorossiyskə qədər olan hissəsinə Dağıstana gətirilən Mərkəzi Asiya neftini vuracağı ilə bağlı şifahi xəbərdarlıq edib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İqtisadiyyat
17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat
13:37
“The Digital Banker” ABB-niAzərbaycanın ən yaxşı süni
intellekt əsaslı bankı seçib
İqtisadiyyat
13:18
Orta Dəhliz daşımaları üçün yeni konteyner gəmiləri 2027-ci ildə istismara verilə bilər
İqtisadiyyat
12:59
TRACECA: Orta Dəhlizdə tranzit müddətinin proqnozlaşdırılması və rəqəmsallaşma vacibdir