Xəzərdə zəlzələ qeydə alınıb
Xəzərdə 3,3 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Zəlzələ yerli vaxtla 13:32-də qeydə alınıb.
Zəlzələnin dərinliyi 72 kilometr, maqnitudası isə 3,3-dür.