• $ 1.7
  • € 1.9934
  • ₽ 0.02266
  • ₺ 0.0376
  • £ 2.3114

ABŞ xaricdəki səfirliklərinin kütləvi bağlamağı planlaşdırır

ABŞ xaricdəki səfirliklərinin kütləvi bağlamağı planlaşdırır
16.04.2025 14:35

ABŞ Dövlət Departamenti xarici ölkələrdəki 30-a yaxın  diplomatik nümayəndəliyini bağlamağı planlaşdırır. Bu barədə The New York Times qəzeti məlumat verib. 

Nəşr qeyd edir ki, bu barədə daxili sənəd Dövlət Departamentində baxılır.

Martda bəzi ABŞ mediası artıq təxminən 10 konsulluğun bağlana biləcəyi barədə məlumat verib.  Lakin yeni məlumata görə, planlaşdırılan bağlanmalar daha genişmiqyaslıdır.

Bağlanması nəzərdə tutulan diplomatik nümayəndəliklərin əksəriyyəti Avropa və Afrika ölkələrində yerləşir. Siyahıda Malta, Lüksemburq, Lesoto, Konqo Respublikası, Mərkəzi Afrika Respublikası, Cənubi Sudan, Eritreya, Qambiya, Maldiv adaları və Qrenada kimi ölkələr var. Bu ölkələrdə ABŞ səfirlikləri tamamilə bağlana bilər.

Həmçinin Somalidəki səfirliyin və Bağdadda yerləşən diplomatik dəstək mərkəzinin ya tam bağlanması, ya da ciddi şəkildə ixtisar olunması tövsiyə olunur.

Azaldılması tövsiyə olunan konsulluqlar əsasən Avropada yerləşir: Fransada beşi (Bordo, Lion, Marsel, Renn, Strasburq), Almaniyada ikisi (Düsseldorf, Leypsiq), Bosniya və Herseqovinada ikisi (Mostar və Banya Luka). Bundan başqa, Yunanıstan, İtaliya, Portuqaliya, Böyük Britaniya, Kamerun, İndoneziya, Cənubi Afrika və Cənubi Koreyada yerləşən konsulluqların da bağlanması gündəmdədir.

Planlar həyata keçirilsə, ABŞ diplomatik nümayəndəliklərin sayı baxımından Avropa, Afrika və Şərqi Asiyada liderliyi Çinə uduzacaq.

The Washington Post daha əvvəl Tramp administrasiyasının Dövlət Departamentinə ayrılan büdcə vəsaitini yarıya endirmək niyyətində olduğunu, beynəlxalq təşkilatlara ayrılan maliyyənin isə təxminən 90% azaldılacağını yazmışdı. Bu çərçivədə BMT, NATO və digər 20 beynəlxalq təşkilata maliyyə dəstəyi dayandırılacaq, yalnız MAQATE və ICAO kimi bəzi qurumlar istisna təşkil edəcək.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski İrəvana səfər edib
Dünya 16:20
Zelenski İrəvana səfər edib
“Konqres Trampın daha bir addımını bloklaya bilər” –“Fox News”
Dünya 14:48
“Konqres Trampın daha bir addımını bloklaya bilər” –“Fox News”
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Dünya 23:59
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Dünya 21:30
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Dünya 14:30
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq
Dünya 09:09
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq
ABŞ Yaxın Şərq müttəfiqlərinə 8,6 milyard dollarlıq silah satışını təsdiqləyib
Dünya 08:57
ABŞ Yaxın Şərq müttəfiqlərinə 8,6 milyard dollarlıq silah satışını təsdiqləyib
ABŞ Qəzza zolağında atəşkəs müşahidə missiyasını dayandırır - KİV
Dünya 23:24
ABŞ Qəzza zolağında atəşkəs müşahidə missiyasını dayandırır - KİV
Əraqçi və Lavrov ABŞ-İran danışıqlarını müzakirə edib
Dünya 22:50
Əraqçi və Lavrov ABŞ-İran danışıqlarını müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol