• $
  • £

Azərbaycan hərbçiləri Türkiyədə sualtı axtarış və xilasetmə təlimlərində iştirak edib

Azərbaycan hərbçiləri Türkiyədə sualtı axtarış və xilasetmə təlimlərində iştirak edib
30.04.2025 19:36

Türkiyənin Marmaris şəhərində keçirilmiş "KURTARAN-2025" sualtı axtarış və xilasetmə təlimlərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup hərbi qulluqçusu müşahidəçi qismində iştirak edib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin planına əsasən, qəzaya uğramış sualtı qayığın axtarış-xilasetmə gəmiləri tərəfindən xüsusi texnika və robotların köməyi ilə axtarışı, xilasedici dalğıclar vasitəsilə batan heyətə qida və tibbi ləvazimatın ötürülməsi, onların xüsusi avadanlıqlarla xilas edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.
Təlim zamanı helikopter və təyyarələrdən də istifadə olunmaqla axtarış-xilasetmə tədbirləri yerinə yetirilib. Belə ki, hava vasitələrindən dənizə paraşüt tullanışları icra edilib, qəzaya uğramış gəminin su üzərində köməyə ehtiyacı olan heyətinə lazımi ləvazimatların atılması və zərərçəkənlərin təxliyəsi üzrə fəaliyyətlər həyata keçirilib.


"KURTARAN-2025" sualtı axtarış və xilasetmə təlimlərində hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdiriblər.

Oxşar xəbərlər
Oxşar xəbərlər

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təşkil ediləcək
Cəmiyyət 16:53
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təşkil ediləcək
Deputat - yüksək bal toplayan gənclər hərbi məktəblərə getmirlər
Cəmiyyət 16:53
Deputat - yüksək bal toplayan gənclər hərbi məktəblərə getmirlər
Gürcüstan Prezidenti Azərbaycana yeni təyin olunmuş səfirlə görüşüb
Cəmiyyət 16:37
Gürcüstan Prezidenti Azərbaycana yeni təyin olunmuş səfirlə görüşüb
Həsənquliyev: Cəzaların sərtləşdirilməsi narkotiklərlə mübarizədə effektiv deyil
Cəmiyyət 16:34
Həsənquliyev: Cəzaların sərtləşdirilməsi narkotiklərlə mübarizədə effektiv deyil
Artıq narkobaronlarla mübarizə aparmalıyıq - deputatdan təklif
Cəmiyyət 16:22
Artıq narkobaronlarla mübarizə aparmalıyıq - deputatdan təklif

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam
Cəmiyyət 16:14
Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam
Magistratura və doktorantura bitirən zabitlər üçün hərbi rütbədə xidmət müddəti azaldılacaq
Cəmiyyət 16:04
Magistratura və doktorantura bitirən zabitlər üçün hərbi rütbədə xidmət müddəti azaldılacaq
Ramiz Mehdiyevin işində onlar da dindirilib
Cəmiyyət 15:46
Ramiz Mehdiyevin işində onlar da dindirilib
Təhsil müəssisələrinin ətrafında xidmət gücləndirilib
Cəmiyyət 14:42
Təhsil müəssisələrinin ətrafında xidmət gücləndirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol