• $
  • €
  • ₽
  • ₺
  • £

Məzahir Pənahovun oğlu həyat yoldaşını ölümlə hədələyir - haqqın.az

Məzahir Pənahovun oğlu həyat yoldaşını ölümlə hədələyir - haqqın.az
02.05.2025 16:42

Haqqin.az redaksiyasına qadın zorakılığı ilə üzləşən qadın müraciət edib. O, məişət zorakılığına məruz qaldığını bildirib. Onun sözlərinə görə, zorakılığı törədən şəxs Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahov olub.

Zorakılıq hadisəsi ABŞ-da baş verib və qadın yalnız Azərbaycana qaçaraq canını qurtara bilib.

38 yaşlı H.P. 2022-ci il iyunun 28-də Bakıda Məhəmməd Pənahovla evlənib və cütlük daha sonra Los-Ancelesə köçüb. Bu vaxta qədər işləməyən Pənahov 2.035.400 dollar dəyərində dəbdəbəli Bel-Air villası alıb (haqqin.az redaksiyası villanın Pənahovlar ailəsinin adından qeydiyyatdan keçmiş Alphaand Export FZ-LLC şirkəti vasitəsilə alındığını təsdiqləyən sənədlərə malikdir).

Cütlüyün maliyyə problemi olmayıb.Onlar Birləşmiş Krallıq, BƏƏ və ABŞ banklarındakı hesablarından milyonlarla pul xərcləyiblər. Haqqin.az-ın əldə etdiyi məlumata görə, bu hesablara mütəmadi olaraq atası tərəfindən vəsait köçürülüb.

Lakin dəbdəbəli həyat Məhəmməd Pənahovun yenidən alkoqol asılılığına qayıtması ilə kabusa çevrilib. Həyat yoldaşının dediyinə görə, o, bir oturumda 26 butulka pivə içə bilərdi və sonra hamilə qadına boş butulkalar atırdı. Qarabasmalar və ağlını itirmə hallarından sonra aqressiv davranır, qadına qarşı zorakılıq tətbiq edib. Bu döyülmələrdən birində qadın uşağını itirib.

Evləndikdən 17 ay sonra H.P. Kaliforniyadakı villadan qaçaraq Bakıya dönüb. Qohumları ona Kaliforniya polisi ilə əlaqə saxlamağı tövsiyə etsələr də, o, xilası Azərbaycana qayıtmaqda görüb.

Lakin Pənahovun təhdidləri Bakıda da davam edib. O, qadına gündəlik zəng edərək onu ölümlə hədələyib. H.P. Binəqədi Rayon Məhkəməsinə boşanma iddiası ilə müraciət edib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Əsəb sistemi xəstəlikləri üzrə ilk 5 rayonun adı açıqlanıb
Cəmiyyət 10:45
Əsəb sistemi xəstəlikləri üzrə ilk 5 rayonun adı açıqlanıb
DİN: Azərbaycanda bir gündə 46 cinayət qeydə alınıb
Cəmiyyət 10:14
DİN: Azərbaycanda bir gündə 46 cinayət qeydə alınıb
Akif Quliyev: Üç gün əvvəl Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb
Cəmiyyət 09:41
Akif Quliyev: Üç gün əvvəl Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb
Qarabağda itkin düşmüş 328 şəxsin kimliyi müəyyənləşdirilib
Cəmiyyət 09:34
Qarabağda itkin düşmüş 328 şəxsin kimliyi müəyyənləşdirilib
Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq
Cəmiyyət 09:30
Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq
Bu ərazilərdə qaz kəsiləcək
Cəmiyyət 23:52
Bu ərazilərdə qaz kəsiləcək
Sabah bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 22:16
Sabah bu ərazilərdə işıq olmayacaq
Sabunçuda yol təmiri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 21:38
Sabunçuda yol təmiri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Lerikdə iki yol qəzasında üç nəfər xəsarət alıb
Cəmiyyət 20:30
Lerikdə iki yol qəzasında üç nəfər xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol