• $
  • £

Azərbaycanda saxlanılan Özbəkistan vətəndaşı ölkəsinə təhvil verilib

Azərbaycanda saxlanılan Özbəkistan vətəndaşı ölkəsinə təhvil verilib
06.05.2025 18:30

2000-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Urinboyev Saidkamol Sattorbek oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Özbəkistanda xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq əməlinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş Urinboyev cari ilin fevral ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda baş memar vəzifəsinə yeni təyinat olub
Cəmiyyət 23:00
Sumqayıtda baş memar vəzifəsinə yeni təyinat olub
Ağcabədidə avtomobil qəzası olub, ölən və yaralananlar var
Cəmiyyət 22:40
Ağcabədidə avtomobil qəzası olub, ölən və yaralananlar var
Dövlət Xidməti beynəlxalq mükafata layiq görülüb
Cəmiyyət 21:47
Dövlət Xidməti beynəlxalq mükafata layiq görülüb
Kaşıbeyaz artıq Bakıda: Türk mətbəxinin yeni ünvanı Dreamland-də
Cəmiyyət 21:03
Kaşıbeyaz artıq Bakıda: Türk mətbəxinin yeni ünvanı Dreamland-də
Sumqayıtda suyun verilişində fasilə yaranacaq
Cəmiyyət 20:29
Sumqayıtda suyun verilişində fasilə yaranacaq
Qubada avtomobil ağaca çırpılıb,dörd nəfər xəsarət alıb
Cəmiyyət 20:05
Qubada avtomobil ağaca çırpılıb,dörd nəfər xəsarət alıb
AQTA Hipp uşaq qidası ilə bağlı məsələyə aydınlıq gətirib
Cəmiyyət 18:44
AQTA Hipp uşaq qidası ilə bağlı məsələyə aydınlıq gətirib
Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ
Cəmiyyət 18:30
Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ
İmişli sakinini elektrik cərəyanı vuraraq öldürüb
Cəmiyyət 18:07
İmişli sakinini elektrik cərəyanı vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol