• $
  • £

Fors-major hallarda sərnişinlərə güzəştlər olunmalıdırmı?

Fors-major hallarda sərnişinlərə güzəştlər olunmalıdırmı?
07.05.2025 15:53

Azərbaycan Hava Yolları  (AZAL) Rusiyaya və Hindistana olan iki reysini təxirə salıb. Bu barədə Azərbaycan Hava Yollarından (AZAL) bildirib.

Eyni zamanda Moskva hava limanında 30 istiqamət üzrə uçuşlar təxirə salınıb. 

Belə fors-major olan halda sərnişinlərin hansı güzəştlər tətbiq olunmalıdır? 

Azərbaycan Hava Yolları (AZAL) təxirə düşən reyslərə hansı güzəşətlərin olunacağı ilə bağlı sorğumuza cavab verməyib.

Milli məclisin deputatı Əlibala Məhərrəmzadə bildirir ki, bu halda AZAL heç bir məsuliyyət daşımır.

"Əgər gecikmə fors-majorla əlaqəli deyilsə, dünyada gedən vəziyyətlə əlaqəlidirsə, məsələn zəlzələ, vulkan püskürmə  və s. bu halda hava yolları şirkəti yox  sığorta şirkəti dəyən ziyanı ödəməlidir.  Şirkətin problemi ilə əlaqəlidirsə şirkət qarşılamalıdır. Əgər qabaqcadan məlumat verilməyibsə, bu zaman sığorta şirkəti dəyən ziyanı ödəməlidir. Çünki aviabiletlər alınanda onun içərisində sığortada nəzərdə tutulub. Ölkəmizdə Hindistana səfərlər ləğv olunub. Bu zaman sərnişinlər AZAL-a müraciət etməlidirlər. Başqa vaxta təyin olunmalıdır. Burada AZAL məsuliyyət daşımır. Hava məkanı bağlanıbsa, AZAL olmasın  başqa hava yolları olsun bunu qarşılamaq kimi öhdəlikləri yoxdur",- deputat vurğulayıb.

Turizm eksperti Ceyhun Aşırovun sözlərinə görə, sərnişinlərdən asılı olmayan səbəblərdən təyyarənin gecikməsi baş verərsə, bu zaman hava yolları bu zərəri qarşılamalıdır.

"Hava yolları sərnişinlərə bəzi məqamlarda güzəştə getməlidirlər. Bu zaman sərnişinlərə pulsuz yemək təklif olunur, kupon verilir. Daha uzun vaxt problem yaranarsa, sərnişinlərin qalmağı üçün yer təmin olunmalıdır. Sərnişinlər 6 saata yaxın gözləmədə biletin kompensasiyasını tələb edə bilərlər.  Sərnişinlərin ixtiyarı var ki, dəymiş zərəri ödəməyi tələb etsinlər",- ekspert bildirib.

Nəqliyyat eksperti Raqif Raufoğlu bildirir ki, fors-major hallarında  iki üç saatlıq gözləmə olanda hava limanında gözləyə bilər. Amma daha uzun vaxt olursa, o zaman sərnişini həmin şəhərdə qalmaq üçün əraziyə yaxın yerdə hotel ilə təmin etməlidirlər. Bu şirkərin öhdəliyidir. Əgər əvvəlcədən xəbərdar ediblərsə, bu zamab ehtiyac olmur",- ekspert vurğulayıb. 

Avropa qanunvericiliyi və digər beynəlxalq qaydalara əsasən, fors-major səbəblərlə baş verən gecikmələrə görə pul kompensasiyası ödənilmir, çünki bu hallar hava yolu şirkətinin məsuliyyətində sayılmır.

Beynəlxalq praktikaya görə, fors-major hallarda məsələn, pis hava şəraiti, təbii fəlakətlər, terror təhlükəsi, hava limanının bağlanması, tətil və s. kimi hallarda sərnişinlər kompensasiya almaq hüququna malik deyillər. Ancaq buna baxmayaraq sərnişinlərin bəzi əsas hüquqları yenə də qüvvədə qalır.  Gecikmə 2 saatdan çox çəkərsə, hava yolu şirkəti bəzi yardımları göstərməlidir. Məsələn, yemək, içki, iki pulsuz zəng, e-mail və ya faks göndərmək imkanı, uzun gecikmə və ya gecə saatlarında otel və transfer təminatı qarşılanmalıdır.

Əgər uçuş 5 saatdan çox gecikərsə və sərnişin uçuşdan imtina etmək istəyirsə, biletin tam qiyməti geri qaytarılmalıdır və ya sərnişin istəsə, başqa tarixə və ya marşruta pulsuz dəyişiklik təklif olunmalıdır.

İstiqamət: 6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 

 

 

Aytac Zeynalova

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda baş memar vəzifəsinə yeni təyinat olub
Cəmiyyət 23:00
Sumqayıtda baş memar vəzifəsinə yeni təyinat olub
Ağcabədidə avtomobil qəzası olub, ölən və yaralananlar var
Cəmiyyət 22:40
Ağcabədidə avtomobil qəzası olub, ölən və yaralananlar var
Dövlət Xidməti beynəlxalq mükafata layiq görülüb
Cəmiyyət 21:47
Dövlət Xidməti beynəlxalq mükafata layiq görülüb
Kaşıbeyaz artıq Bakıda: Türk mətbəxinin yeni ünvanı Dreamland-də
Cəmiyyət 21:03
Kaşıbeyaz artıq Bakıda: Türk mətbəxinin yeni ünvanı Dreamland-də
Sumqayıtda suyun verilişində fasilə yaranacaq
Cəmiyyət 20:29
Sumqayıtda suyun verilişində fasilə yaranacaq
Qubada avtomobil ağaca çırpılıb,dörd nəfər xəsarət alıb
Cəmiyyət 20:05
Qubada avtomobil ağaca çırpılıb,dörd nəfər xəsarət alıb
AQTA Hipp uşaq qidası ilə bağlı məsələyə aydınlıq gətirib
Cəmiyyət 18:44
AQTA Hipp uşaq qidası ilə bağlı məsələyə aydınlıq gətirib
Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ
Cəmiyyət 18:30
Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ
İmişli sakinini elektrik cərəyanı vuraraq öldürüb
Cəmiyyət 18:07
İmişli sakinini elektrik cərəyanı vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol