• $
  • £

Ceyhun Bayramov İraq Nümayəndələr Şurasının sədri ilə görüşüb

Ceyhun Bayramov İraq Nümayəndələr Şurasının sədri ilə görüşüb
07.05.2025 18:30

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bağdadda İraq Nümayəndələr Şurasının sədri Mahmud əl-Məşhədani ilə görüşüb.Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Azərbaycan və İraq arasında ikitərəfli münasibətlər, parlamentlərarası əməkdaşlıq və qarşılıqlı maraq doğuran regional məsələlər müzakirə olunub.

Bayramov Azərbaycan ilə İraq arasında tarixən dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin müxtəlif, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə inkişaf etdiyini və parlamentlərarası əlaqələrin bu münasibətlərin mühüm komponentlərindən biri olduğunu qeyd edib.

Nazir qanunverici orqanlar arasında əməkdaşlığın, qarşılıqlı səfərlərin gücləndirilməsinin qarşılıqlı anlayışın təşviqi baxımından əhəmiyyətini vurğulayıb, bu əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli zəminin mövcud olduğunu qeyd edib.

Görüş zamanı həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri, Yaxın Şərqdə mövcud vəziyyət, eləcə də postmünaqişə dövründə bölgədə mövcud reallıqlar, Azərbaycanın bərpa və yenidənqurma, minatəmizləmə və sülh səylərindən ətraflı bəhs olunub. 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
Siyasət 09:46
Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
XİN fransalı nazirin Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları rədd edib
Siyasət 23:04
XİN fransalı nazirin Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları rədd edib
Bayramov ukraynalı həmkarı ilə danışıb
Siyasət 21:57
Bayramov ukraynalı həmkarı ilə danışıb
Zelenski İlham Əliyevə zəng edib
Siyasət 20:23
Zelenski İlham Əliyevə zəng edib
Ceyhun Bayramov Çavuşoğluya dəstəyini ifadə edib
Siyasət 17:30
Ceyhun Bayramov Çavuşoğluya dəstəyini ifadə edib
Prezident sərəncam imzalayıb
Siyasət 16:45
Prezident sərəncam imzalayıb
Prezident Kallasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Siyasət 20:04
Prezident Kallasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
İlham Əliyev 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanış olub
Siyasət 15:36
İlham Əliyev 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanış olub
Bayramov və Kallas Bakıda təkbətək danışıqlar aparır - Yenilənib
Siyasət 15:10
Bayramov və Kallas Bakıda təkbətək danışıqlar aparır - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol