• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident Trampı yubileyi münasibətilə təbrik edib

Prezident Trampı yubileyi münasibətilə təbrik edib
14.06.2026 23:50

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib.Bu barədə Prezidentin "X" sosial şəbəkə hesabında paylaşım edilib.

Təbrik məktubunda İlham Əliyev Donald Trampa möhkəm cansağlığı, uzun ömür və dövlət başçısı kimi fəaliyyətində uğurlar arzulayıb.

Prezident məktubda Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlığın inkişafında Donald Trampın rolunu yüksək qiymətləndirib. O bildirib ki, ötən ilin avqustunda Ağ Evdə keçirilən görüş zamanı əsası qoyulan Strateji Tərəfdaşlıq Xartiyasının daha sonra imzalanması ikitərəfli münasibətləri yeni mərhələyə çıxarıb.

İlham Əliyev həmçinin Vaşinqtonun Cənubi Qafqazda sülh prosesinə verdiyi dəstəyə görə təşəkkürünü ifadə edib. Məktubda Vaşinqtonda imzalanmış üçtərəfli birgə bəyannamənin və Ermənistanla paraflanmış sülh sazişinin ABŞ-nin vasitəçilik səylərinin nəticəsi olduğu vurğulanıb.

Azərbaycan lideri Naxçıvanla ölkənin əsas hissəsi arasında maneəsiz əlaqəni təmin etməyi nəzərdə tutan və Orta Dəhlizin tərkib hissəsi kimi qiymətləndirilən "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) regional əməkdaşlığa töhfə verəcəyini qeyd edib.

Məktubda İlham Əliyev Donald Trampla şəxsi münasibətləri və son bir ildə keçirilən görüşləri yüksək qiymətləndirdiyini bildirib. O, iqtisadiyyat, investisiyalar, enerji, təhlükəsizlik, nəqliyyat-logistika və texnologiyalar daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların mövcud olduğunu vurğulayıb.

Prezident məktubun sonunda ABŞ Prezidenti və ailəsinə xoş arzularını çatdırıb, Amerika xalqının rifahı naminə fəaliyyətində uğurlar arzulayıb.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol