• $
  • £

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ilin birinci rübündə 940 müraciət daxil olub

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ilin birinci
rübündə 940 müraciət daxil olub
14.05.2025 15:56

2025-ci ilin yanvar-mart aylarında “Azərbaycan Uşaq Qaynar Xətt” (AUQX) xidmətinə
ümumilikdə 940 müraciət qeydə alınıb. Bu zənglərin 163-ü psixoloji problemlər, 147-sı
hüquqi yardım, 94-ü sosial məsələlər, 48-i təhsil, 17-si səhiyyə hüququ ilə bağlı olub.
Zənglərin 471-i ümumi xarakterli suallar, xidmət haqqında məlumat sorğuları və digər
müxtəlif mövzuları əhatə edib.


Statistik göstəricilərə əsasən müraciətlərin 48%-i qadın, 27%-i kişi, 25%-i isə anonim
şəkildə edilib. Zənglərin yaş təsnifatına əsasən, onların 547-i 18 yaşdan yuxarı şəxslərdən,
175-i isə 18 yaşdan aşağı uşaqlardan gəlib, qalan müraciətlər anonim olub.


AUQX-in əsas məqsədi çətin vəziyyətə düşmüş uşaqlara sosial, psixoloji və hüquqi dəstək
göstərmək, müraciətləri müvafiq qurumlara yönləndirmək və zəruri hallarda təxirəsalınmaz
yardım təmin etməkdir. 2025-ci ilin ilk rübündə edilən müraciətlər əsasında mərkəzə 28 ailə
dəvət olunub, uşaqlarla 89 sosial-psixoloji reabilitasiya işi həyata keçirilib. Ailələrə
ehtiyaclarına uyğun olaraq hüquqi, psixoloji və psixososial dəstək göstərilib, 19 məktəb və
ailəyə isə yerində səfərlər təşkil olunub.


Xidmət “Azercell Telekom” MMC, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
dəstəyi ilə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən həyata keçirilir.
AUQX 18 yaşına çatmamış uşaqları və onların problemi ilə bağlı müraciət edən hər kəsi
əhatə edir. 116111 qısa nömrəsi, mobil nömrələr, elektron poçt, sosial media platformaları
və mobil tətbiq vasitəsilə xidmətlə əlaqə saxlamaq mümkündür.  Xidmətin əsas prinsipi –
məxfilikdir. Məlumatlar yalnız ehtiyac olduqda müraciətçinin razılığı ilə aidiyyəti qurumlara
təqdim olunur.
Qeyd edək ki, 2010-cu ildən 2025-ci ilin mart ayınadək Azərbaycan “Uşaq Qaynar Xətt
Xidməti”nə ümumilikdə 76,000-dən çox müraciət daxil olub.
 
“Azercell Telekom” MMC və şirkətin fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək
üçün rəsmi Azercell səhifəsinə keçid edin.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda baş memar vəzifəsinə yeni təyinat olub
Cəmiyyət 23:00
Sumqayıtda baş memar vəzifəsinə yeni təyinat olub
Ağcabədidə avtomobil qəzası olub, ölən və yaralananlar var
Cəmiyyət 22:40
Ağcabədidə avtomobil qəzası olub, ölən və yaralananlar var
Dövlət Xidməti beynəlxalq mükafata layiq görülüb
Cəmiyyət 21:47
Dövlət Xidməti beynəlxalq mükafata layiq görülüb
Kaşıbeyaz artıq Bakıda: Türk mətbəxinin yeni ünvanı Dreamland-də
Cəmiyyət 21:03
Kaşıbeyaz artıq Bakıda: Türk mətbəxinin yeni ünvanı Dreamland-də
Sumqayıtda suyun verilişində fasilə yaranacaq
Cəmiyyət 20:29
Sumqayıtda suyun verilişində fasilə yaranacaq
Qubada avtomobil ağaca çırpılıb,dörd nəfər xəsarət alıb
Cəmiyyət 20:05
Qubada avtomobil ağaca çırpılıb,dörd nəfər xəsarət alıb
AQTA Hipp uşaq qidası ilə bağlı məsələyə aydınlıq gətirib
Cəmiyyət 18:44
AQTA Hipp uşaq qidası ilə bağlı məsələyə aydınlıq gətirib
Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ
Cəmiyyət 18:30
Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ
İmişli sakinini elektrik cərəyanı vuraraq öldürüb
Cəmiyyət 18:07
İmişli sakinini elektrik cərəyanı vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol