• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan mobil internetin sürətinə görə 5 pillə geriləyib

Azərbaycan mobil internetin sürətinə görə 5 pillə geriləyib
16.05.2025 11:21

2025-ci ilin aprelində Azərbaycanda mobil internetin median sürəti 74,08 Mbit/s olub və nəticədə Azərbaycan 5 pillə geriləyərək 104 ölkə arasında 57-ci yerdə qərarlaşıb.

Bu barədə “Ookla”nın yayımladığı “Speedtest Global Index” hesabatında qeyd edilib.

Hesabata görə, ötən ay ­­ölkəmiz sabit genişzolaqlı internetin median sürətinə görə, 5 pillə irəliləyərək 155 ölkə arasında 86-cı yerdə qərarlaşıb.

Belə ki, apreldə Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 76,87 Mbit/s olub.

“Speedtest Global Index” hesabatında həmçinin dünya ölkələrinin paytaxt və əsas şəhərlərində olan internet sürətinə görə reytinq də açıqlayıb. Hesabatda deyilir ki, Bakıda mobil internetin median sürəti 90,57 Mbit/s olub. Bu isə mart ayına nisbətən 3 pillə geriləyərək 150 şəhər arasında 83-cü yerdə qərarlaşma deməkdir.

Qeyd edilən dövrdə sabit genişzolaqlı internetin median sürətinə görə isə Azərbaycan paytaxtı 1 pillə irəliləyərək 76,02 Mbit/s sürətlə 200 şəhər arasında 114-cü yerdə qərarlaşıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Həkim qəbuluna onlayn növbə üçün ödəniş tələb olunur?- Rəsmi açıqlama
Cəmiyyət 14:18
Həkim qəbuluna onlayn növbə üçün ödəniş tələb olunur?- Rəsmi açıqlama
Bakının bir sıra küçələrində bu gündən hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 13:36
Bakının bir sıra küçələrində bu gündən hərəkət məhdudlaşdırılacaq
İqtisadçı-ekspert Pərviz Heydərov 54 yaşında vəfat edib
Cəmiyyət 13:30
İqtisadçı-ekspert Pərviz Heydərov 54 yaşında vəfat edib
Sabah rayonlara yağış yağacaq - proqnoz
Cəmiyyət 12:52
Sabah rayonlara yağış yağacaq - proqnoz
Azərbaycanda ürək xəstəliklərindən ölənlərin sayı artıb- STATİSTİKA
Cəmiyyət 12:35
Azərbaycanda ürək xəstəliklərindən ölənlərin sayı artıb- STATİSTİKA
“AzerGold”da yeni sektor müdiri təyin edilib
Cəmiyyət 12:15
“AzerGold”da yeni sektor müdiri təyin edilib
Tələbə qızları şantaj və zorakılığa məruz qoyan müəllimə 11 il həbs cəzası verildi - təfərrüat
Cəmiyyət 12:07
Tələbə qızları şantaj və zorakılığa məruz qoyan müəllimə 11 il həbs cəzası verildi - təfərrüat
Bakıda 4 milyon manatdan çox dəyəri olan brilyant qaşlar aşkarlanıb
Cəmiyyət 11:58
Bakıda 4 milyon manatdan çox dəyəri olan brilyant qaşlar aşkarlanıb
Keçmiş nazir Səlim Müslümov universitetə qayıdıb
Cəmiyyət 11:35
Keçmiş nazir Səlim Müslümov universitetə qayıdıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol