• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə MMU-nun nümayəndə heyəti Naxçıvana səfər edib

Türkiyə MMU-nun nümayəndə heyəti Naxçıvana səfər edib
17.05.2025 15:24

Türkiyə Milli Müdafiə Universitetinin (MMU), Hərbi Hava və Hərbi Dəniz institutlarının rəhbər heyəti, müəllimləri və "Qərargahın idarə olunması kursu"nun dinləyiciləri ölkəmizə səfər çərçivəsində Naxçıvanda olublar.Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qonaqlar əvvəlcə Naxçıvan şəhərinin baş meydanında ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdiriblər. Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub, qonaqlara Ulu Öndərin çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən mənalı ömrünün Naxçıvan mərhələsi haqqında ətraflı məlumat verilib.

Nümayəndə heyəti Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.

Səfər çərçivəsində qonaqlar Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahında olublar. Onlara ƏÜO-nun yaranma tarixi, keçdiyi inkişaf yolu, fəaliyyəti, həyata keçirilən islahatlar və qarşıda duran məqsədlərlə bağlı ətraflı məlumat verilib, protokola uyğun olaraq "Şərəf kitabı" imzalanıb.

ƏÜO komandanı general-mayor Kənan Seyidov Türkiyə Milli Müdafiə Universitetinin rektoru, professor Erhan Afyoncu ilə görüşüb.

Görüş zamanı hərbi təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb, bu istiqamətdə görüləcək işlər və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərdən danışılıb.

Türkiyəli nümayəndələr Naxçıvan Hərbi Kolleci və Heydər Əliyev adına Hərbi Liseydə olublar. Onlara xüsusi təyinatlı təhsil müəssisələrində aparılan islahatlar, mövcud hərbi təhsil sistemi, tədris və elmi fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qonaqlar qərargah, tədris korpusları, yataqxana və digər inzibati binalara baxış keçirib, kursantlar üçün yaradılan sosial-məişət şəraiti ilə tanış olublar.

Daha sonra Türkiyə-Azərbaycan Dostluq Parkı və tarixi-mədəniyyət abidələri ziyarət olunub.

Azərbaycana "Xarici ölkələrdə müşahidə gəzintisi" çərçivəsində səfəri zamanı qardaş ölkənin nümayəndə heyəti, işğaldan azad edilmiş ərazilərimizi də ziyarət edib, aparılan bərpa-quruculuq işləri ilə tanış olublar.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının bir sıra küçələrində bu gündən hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 13:36
Bakının bir sıra küçələrində bu gündən hərəkət məhdudlaşdırılacaq
İqtisadçı-ekspert Pərviz Heydərov 54 yaşında vəfat edib
Cəmiyyət 13:30
İqtisadçı-ekspert Pərviz Heydərov 54 yaşında vəfat edib
Sabah rayonlara yağış yağacaq - proqnoz
Cəmiyyət 12:52
Sabah rayonlara yağış yağacaq - proqnoz
Azərbaycanda ürək xəstəliklərindən ölənlərin sayı artıb- STATİSTİKA
Cəmiyyət 12:35
Azərbaycanda ürək xəstəliklərindən ölənlərin sayı artıb- STATİSTİKA
“AzerGold”da yeni sektor müdiri təyin edilib
Cəmiyyət 12:15
“AzerGold”da yeni sektor müdiri təyin edilib
Tələbə qızları şantaj və zorakılığa məruz qoyan müəllimə 11 il həbs cəzası verildi - təfərrüat
Cəmiyyət 12:07
Tələbə qızları şantaj və zorakılığa məruz qoyan müəllimə 11 il həbs cəzası verildi - təfərrüat
Bakıda 4 milyon manatdan çox dəyəri olan brilyant qaşlar aşkarlanıb
Cəmiyyət 11:58
Bakıda 4 milyon manatdan çox dəyəri olan brilyant qaşlar aşkarlanıb
Keçmiş nazir Səlim Müslümov universitetə qayıdıb
Cəmiyyət 11:35
Keçmiş nazir Səlim Müslümov universitetə qayıdıb
Subasma səbəbindən təxliyə olunanların sayı təxminən 8 dəfə artıb
Cəmiyyət 11:22
Subasma səbəbindən təxliyə olunanların sayı təxminən 8 dəfə artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol